Zurab Xizanaşvili karyerasını bitirdi

Zurab Xizanaşvili karyerasını bitirdi
ÖLKƏ FUTBOLU 26 May 2017 / 18:19 3224
-  A +

Zurab Xizanaşvili Bakının “İnter” klubundan ayrılıb.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, gürcüstanlı müdafiəçi futbolçu karyerasını başa vurub.

Hazırda vətənində olan 36 yaşlı Xizanaşvili karyerasını məşqçi kimi davam etdirmək istəyir. Onun Gürcüstanın U-21 millisində köməkçi-məşqçi kimi çalışacağı gözlənilir.

Qeyd edək ki, Xizanaşvili 2015-ci ildən “İnter”də çıxış edirdi.

Daha çox


Son xəbərlər