“Qarabağ”dan təklif almışıq" - Çitronun meneceri

“Qarabağ”dan təklif almışıq" -  Çitronun meneceri
ÖLKƏ FUTBOLU 26 May 2017 / 11:33 6258
-  A +

Adı “Qarabağ”la hallanan italiyalı hücumçu Nikola Çitronun meneceri Alberto Berqossi bununla bağlı açıqlama verib.

Qol.az-ın xəbərinə görə, ölkəsinin “Sicilia” jurnalına danışan Berqossi Ağdam klubundan təklif aldıqlarını ancaq hələlik qərar vermədiklərini deyib:

"Çitroya “Qarabağ”dan təklif gəldiyini təsdiq edirəm. "Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək. Onu da deyim ki, yanvar ayında dostum Massimo Fikkadentinin çalışdırdığı Yaponiyanın "Saqan Tosu" klubu da Çitro üçün təklif göndərmişdi. Mən ona bu təklifi dəyərləndirməyi məsləhət gördüm. Ancaq o, B Seriyasında yaxşı pul qazanırdı. İndi isə  "Trapani" C Seriyasına düşüb. Bu isə onun planlara daxil deyil. Hələlik qərar verməmişik”.

Qeyd edək ki, İtaliya mətbuatı "Qarabağ"ın Çitroya 3 illik müqavilə və illik 300 min avroluq maaş təklif etdiyini yazmışdı.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi