“Qorxu hissi var idi” - Yaşar Vahabzadə

“Qorxu hissi var idi” -  Yaşar Vahabzadə
ÖLKƏ FUTBOLU 22 May 2017 / 00:18 2961
-  A +

"Uşaqlar ilk hissədə 2 qol vurandan sorna bir az boşaldılar. Lakin onlar hiss edirdilər ki, oyunu udmaq lazımdır".

Qol.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunlarının final matçında Omar yığması üzərində 2:1 hesablı qələbədən sonra söyləyib.

57 yaşlı mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfansında jurnalistlərin suallarını da cavablandırıb.

- Üstünlüyü əldən verəcəyinizdən qorxmurdunuz?
- Qorxu hissi var idi. Futbolçularımız hesabı qorumaq üçün əzmkarlıq göstərdilər.

- İslamiadadakı bu uğuru Azərbaycan futbolunun ən böyük nailiyyəti adlandırmaq olar?
- Bu gün adlandırmaq olar. Lakin gələcəkdə daha da yaxşı nəticələr ola bilər.

- Hər bir əsgər general olmaq istəyir. Siz necə, əsas milli komandaya rəhbərlik etmək istərdiniz?
- Məndə elə bir iddia olmayıb. Hansı sahəni həvalə edirlərsə, özümü doğrultmağa çalışıram.

- İslamiadanın səviyyəsi sizi qane edir?
- Əlbəttə.

- Hansı oyunçunu turnirin ən yaxşısı adlandırardınız?
- Futbol kollektiv oyundur. Hər bir oyunçu bacardığı qədər komandaya kömək göstərməyə çalışdı.

- Hansı oyun daha çox çətin keçdi?
- Final oyununu deyərdim. Çünki təzyiq çox idi.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi