Qurbanov və Qriqorçuk neçəncidir? - reytinq

Qurbanov və Qriqorçuk neçəncidir? - reytinq
ÖLKƏ FUTBOLU 16 May 2017 / 13:11 4058
-  A +

Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın məlumatına görə, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycandan da iki məşqçi - “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adı yer alıb.

Ötən cədvəldə 450-ci pillədə olan Qurban Qurbanov 6 pillə geriləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 456-cı yerdə qərarlaşıb. Bu nəticə ilə o, Roberto Mançini, Rafael Benites, Frank de Bur kimi məşqçiləri qabaqlyıb.
 
Qriqorçuk isə 5 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 650-cidir.

Qeyd edək ki, sözügedən siyahının 1-ci pilləsində “Real”ın (İspaniya) baş məşqçisi Zinəddin Zidan yer alır.  Luis Enrike (“Barselona”, İspaniya) 2-ci, Dieqo Simeone (“Atletiko”, İspaniya) isə 3-cüdür. 

Daha çox


Son xəbərlər