Runi bir gecəyə yarım milyon uduzdu - sensasiyalı iddia

Runi bir gecəyə yarım milyon uduzdu - sensasiyalı iddia
DÜNYA FUTBOLU 14 May 2017 / 14:36 4810
-  A +

“Mançester Yunayted”in hücumçusu Runi bu yaxınlarda İngiltərədəki kazinoda bir gecəyə 500 min funt (təqribən 590 min avro) pul uduzub.

Qol.az-ın “The Sun”a istinadən yaydığı xəbərə görə, 31 yaşlı kapitan “Manchester235” adlı qumarxanada bləkcek və rus ruleti oynayıb. O, əsasən qırmızı xanaya pul qoyuluşu edib. Runinin oyun zalında 2 saata qədər vaxt keçirdiyi, bir neçə şüşə pivə içdiyi, amma sərxoş olmadığı bildirilir.

İddia edilir ki, Runi həyat yoldaşı Kolinin uşaqları ilə birgə Avropaya səfərindən istifadə edərək kazinoya gedib.

Qeyd edək ki, o, “Mançester Yunayted”də həftəyə 300 min funt qazanır. 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi