Şeydayevin növbəti qolu - Video

Şeydayevin növbəti qolu - Video
ÖLKƏ FUTBOLU 28 Aprel 2017 / 22:25 5430
-  A +

Millimizin və "Jilina"nın hücumçusu Ramil Şeydayev Slovakiya çempionatında ikinci qolunu vurub.

Qol.az-ın xəbərinə görə, o, Slovakiya çempionatının 29-cu turunda "Trençin"lə matçın 21-ci dəqiqəsində fərqlənib. Sözügedən oyunda "Jilina" 1:2 hesabı ilə uduzub.

"Trençin" - "Jilina" - 2:1
Qollar:
Ramil Şeydayev, 21 (0:1), Giorgo Berizde, 31 (1:1), Ranqelo Janga, 66 (2:1)

Şeydayev oyuna start heyətində çıxıb və sonadək meydanda olub.

Xatırladaq ki, R.Şeydayev Slovakiya çempionatında ilk qolunu 25-ci turda "Presov"a qarşı matçda vurmuşdu.

Qeyd edək ki, “Jilina”  ötən turdan çempionluğu rəsmiləşdirib.


Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi