Argentina millisindən Sampaoliyə təklif - rəsmi

Argentina millisindən Sampaoliyə təklif - rəsmi
XƏBƏR 27 Aprel 2017 / 13:28 2071
-  A +

Argentina Futbol Federasiyası "Sevilya"nın baş məşçisi Xorxe Sampaoliyə rəsmi təklif göndərib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun prezidenti Joze Kastro məlumat verib:

"Sampaoli Argentina Futbol Federasiyasından təklif alıb. Mövsümün sonu nələr olacağını görəcəyik.  Sampaolu hazırda bütün diqqətini "Sevilya"ya yönəldib. Çətin oyunlarımız var. La Liqanı ən yaxşı pillədə başa vurma istəyirik".

Qeyd edək ki, Sampaoli ötən həftə açıqlamasında ən böyük arzusunun Argentina millisini çalışdırmaq olduğunu deyib.

Xatırladaq ki, Argentina Futbol Federasiyası milli komandanın DÇ-2018-in seçmə mərhələsində Boliviyaya 0:2 hesabı ilə uduzduğu oyundan sonra baş məşqçisi Edqardo Bauzanı istefaya göndərib. Yeni baş məşqçi vəzifəsinə əsas namizəd məhz X.Sampaolidir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi