Culiya Roberts “El-Klassiko”da – Şəkillər

Culiya Roberts “El-Klassiko”da – Şəkillər
XƏBƏR 26 Aprel 2017 / 11:32 6433
-  A +

Məşhur aktrisa Culiya Roberts ötən bazar günü Madriddəki “Santyaqo Bernabeu” stadionunda “Real”la “Barselona” arasında keçirilən “El-Klassiko”nu izləyib.

Qol.az-ın xəbərinə görə, bu haqda İspaniya mətbuatı məlumat yayıb.

O, Kataloniya klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra “Real”ın futbolçuları Kriştiano Ronaldo, Serxio Ramos və “Barselona”lı Lionel Messiylə şəkil çəkdirib.

Onunla Serxio Ramos arasında qısa dialoq da olub. Culiya Robers Ramosa deyib: “Sən bu gün həmişəki kimi əla oynadın”.

Məşhur aktrisa oyundan sonra həmçinin stadionun meydançasına daxil olub və orda da şəkil çəkdirib.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi