Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Tariximiz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Əfran qələbədən danışdı

Yazarlar
 Lobanovski və bizim Qurban
Aqil Abbas
 Əfran üçün…
Aydın BAĞIROV
 Tanımadığımız "Fola"nın tanış simaları
Anar Şabanoğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ" - "Kopenhagen" - Şəkillər
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
"Fənərbaxça" uduzdu, "Milan"dan darmadağın
Əfran "Qarabağ"a qələbə qazandırdı, "Neftçi" yenə uduzdu
“Kopenhagen” Azərbaycana qadağa qoydu - söyüşə görə
Messi "Barselona"da onu görmək istəyir
Linklər
525ci Qəzet

“Kəpəz”də qalmaq istəyərəm”
A A A

[21.04.2017]
“Kəpəz”də qalmaq istəyərəm”

“Kəpəz”in müdafiəçisi Azad Kərimov klubun rəsmi saytına müsahibə verib. Qol.az saytı müsahibəni təqdim edir

- Azad, "Kəpəz" son iki turda möhtəşəm qələbələrlə azarkeşlərini sevindirib. Demək olarmı ki, komanda oyun planında pik nöqtəsinə çatıb?  

- Əlbəttə, komandamız indi daha yaxşı oynayır, mübarizə aparır. Üstün keyfiyyətlərimiz çoxdu və bunu oyundan-oyuna daşıyırıq. “Neftçi” ilə matçda “18-lik”də olmasam da, komanda yaxşı oynadı və bunun nəticəsi kimi layiqli qələbə qazandı. Elə “Qəbələ”yə qarşı görüşdə olduğu kimi. Bu oyunda mən də meydana çıxdım. Uğurlu çıxışımızı davam etdirməliyik. Növbəti təqvim matçımız AZAL-a qarşı olacaq. Bütün hazırlığımız bu qarşılaşmaya yönəlib. Avroliqa şansını saxlamaq üçün qələbə qazanmaq istəyirik.

- “Qəbələ” ilə oyun heç-heçə başa çatsaydı və ya rəqib qalib gəlsəydi, bu ədalətli nəticə olardı?

- Oyundan əvvəl bilirdim ki, qalib gələcəyik. Bunu hiss etmişdim. Tək mən yox, komanda yoldaşlarımın da düşüncəsi yalnız qələbəyə yönəlmişdi. Hesab məncə, oyuna görə olmadı, rəqib qapısına 4-5 qol vurmalıydıq. Təəssüf ki, epizodlardan istifadə edə bilmədik. Bizə qələbə gətirən qolları gec vurduğumuzdan həyəcan, narahatlıq vardı. Əsəbimiz yerində deyildi. Bununla belə qələbə qazanmışıqsa, deməli, istəyimizə çatmışıq.

- Mövsümün sonuna doğru futbolçular adətən fiziki cəhətdən daha yorğun görünürlər. Amma “Qəbələ” ilə görüşdə “Kəpəz” çempionatın əvvəlində olduğu kimi çıxış etdi. Komandaya yeni nəfəs, güc gəlib. Bunu nə ilə əlaqələndirə bilərsən?

- Əvvəlcə onu deyim ki, hər şeyin başında kollektivimiz mehriban olması dayanır. Hamımızın məqsədi eynidir, bacardıqca uğurlu nəticələrə imza atmalıyıq. Hər bir oyuna final matçı kimi çıxırıq. Motivasiyamız yüksəkdir, doğma meydanda azarkeşlər qarşısında oynayırıq. Rəqibdən asılı olmayaraq fikrimiz qələbə qazanmaqdır.

- Əvvəlki dövrələrlə müqayisədə indi oynamaq imkanı az əldə edirsən. Bu səni narahat etmir?

- Təbii ki, narahat edir. Bütün futbolçular kimi mən də daim oynamaq, göz qabağında olmaq istəyirəm. Futbolçu oynamadıqca passivləşir, formadan düşür. Məşqlərdə öz üzərimdə işləməklə özümü göstərməyə, bacarığımı artırmağa çalışıram. 

- “Qəbələ”nin əvəzediciləri ilə oyunda da meydana çıxmışdın. Əsas komandanın oyununda yorğun deyildin?

- Yox, hər şey qaydasında idi. Ehtiyatda otursam da, ehtiyac olacağı halda komanda yoldaşlarımı əvəzləməyə hazır idim. Gücüm vardı, baş məşqçi meydana daha tez buraxsaydı belə nə qədər lazım idisə oynayacaqdım. 

- Mövsümün sonunda “Kəpəz” ilə müqavilən başa çatır. Komandada qalmaq istəyirsən?

- Hələ ki, ortada heç bir danışıq olmayıb. Yəqin ki, çempionat bitəndən sonra bu haqda söhbət olacaq. Əgər Şahin müəllim məni yenə komandasında görmək istəsə, böyük məmnuniyyətlə “Kəpəz”də qalmaq istəyərəm. Amma məqsədim ehtiyatda qalmaq yox, daim əsas heyətdə yer almaqdır.

- Bakıda keçiriləcək İslamiadada iştirak edəcək U-23 komandasına namizədlər arasında yer almısan. Millinin yekun siyahısına düşəcəyini gözləyirsən?

- Hamının ürəyindən bu yarışda iştirak etmək keçir. Baş məşqçi Yaşar Vahabzadəyə dəvət üçün minnətdaram. İlkin heyətdə yer almışam, sonrası görək necə olur. Yekun siyahıda adımın olmasını arzu edirəm. Komandaya uğur qazanmasında kömək etmək istəyirəm. 

1743 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
20.08.2017  09:45 “Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı
20.08.2017  01:28 "Qarabağ" - "İnter": Şəkillər
20.08.2017  01:10 Kamran yenə heyətə düşmədi
20.08.2017  00:44 “Kəpəz”də məqsədim ilk “11-lik”də yer almaqdır”
20.08.2017  00:31 Səmədov azarkeşlərdən üzr istədi
20.08.2017  00:00 "Neftçi"nin məğlubiyyəti - Şəkillər
19.08.2017  22:35 Əfran qələbədən danışdı
19.08.2017  20:00 “Neftçi” azarkeşlərindən növbəti etiraz – “İstefa”
19.08.2017  19:25 "Qarabağ" - "İnter": heyətlər
19.08.2017  18:22 “Mançester Yunayted”dən darmadağın
19.08.2017  17:20 "Səbail" - "Neftçi": heyətlər
19.08.2017  16:26 “Qəbələ”dən ayrılan futbolçu Polşa klubunda
19.08.2017  15:05 Tiflis “Dinamo”su Qəbələdə
19.08.2017  14:35 Millimizin rəqibində ciddi itki
19.08.2017  14:04 "Şüvəlan"dan qələbə
19.08.2017  12:56 "Zirə"dən Belfor açıqlaması
19.08.2017  12:06 "İnter"dən "Valensiya"ya
19.08.2017  10:48 “Kopenhagen” Azərbaycana qadağa qoydu - söyüşə görə
19.08.2017  02:06 La Liqada yeni mövsüm start götürdü
19.08.2017  01:34 Dieqo Kostadan “Çelsi” rəhbərliyinə sərt mesaj
 
 
  20.08.17
09:45
  “Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı
09:13
  “Belə oynasaq, “Qarabağ”ı keçəcəyik” – Nikolay Boylesen
08:55
  "Kəpəz" "Zirə"yə, "Qəbələ" "Sumqayıt"a qarşı - Yenilənir
02:20
  “Napoli” qələbə ilə başladı - Video
02:08
  “Atletiko” 10 nəfərlə yenilgidən qaçdı - Video
01:53
  "Qalatasaray" səfərdən qələbə ilə qayıtdı - Video
01:42
  “Arsenal” xalsız qaldı - Video
01:28
  "Qarabağ" - "İnter": Şəkillər
01:10
  Kamran yenə heyətə düşmədi
00:59
  “Kopenhagen”in qələbəsi - Video
00:44
  “Kəpəz”də məqsədim ilk “11-lik”də yer almaqdır”
00:31
  Səmədov azarkeşlərdən üzr istədi
00:18
  “Hədəfimiz ÇL-in qrupudur” - Rahid Əmirquliyev
00:00
  "Neftçi"nin məğlubiyyəti - Şəkillər
  19.08.17
22:57
  "Əfran komandaya faydalı oyunçudur" - Qurban Qurbanov
22:41
  Toparlanmaq lazımdır" - Zaur Svanadze
22:35
  Əfran qələbədən danışdı
22:23
  "Qarabağ" "İnter"i belə məğlub etdi - Video
21:56
  "Kopenhagen"dən əzmkar qələbə
21:51
  Əfran "Qarabağ"a qələbə qazandırdı, "Neftçi" yenə uduzdu
21:06
  "Liverpul"dan qələbə - Video
20:43
  "Səbail" - "Neftçi: geniş icmal - Video
20:32
  "Mançester Yunayted"dən 4 cavabsız qol - Video
20:21
  “Bizdə hansı klubun azarkeşi var ki?" - Samir Əliyev
20:12
  “İstefa şüarı haqlıdır” – Elxan Abdullayev
20:00
  “Neftçi” azarkeşlərindən növbəti etiraz – “İstefa”
19:38
  "Borussiya" qələbə ilə başladı - Video
19:25
  "Qarabağ" - "İnter": heyətlər
18:22
  “Mançester Yunayted”dən darmadağın
17:30
  Futbolçumuz Almaniyada dubl etdi
17:20
  "Səbail" - "Neftçi": heyətlər
16:26
  “Qəbələ”dən ayrılan futbolçu Polşa klubunda
15:19
  Rauf Əliyev "Kukesi"də debüt etdi
15:05
  Tiflis “Dinamo”su Qəbələdə
14:35
  Millimizin rəqibində ciddi itki
14:04
  "Şüvəlan"dan qələbə
13:24
  Etopaz-da 100 canlı oyun
12:56
  "Zirə"dən Belfor açıqlaması
12:06
  "İnter"dən "Valensiya"ya
11:39
  "Zirə"nin futbolçusu Hindistan klubunda
11:04
  "Beşiktaş"dan heç-heçə - Video
10:48
  “Kopenhagen” Azərbaycana qadağa qoydu - söyüşə görə
10:15
  "Real" onu "Yuventus"a satmadı
09:41
  "Neftçi"nin son məşqi - Video
02:26
  “Bavariya” 3 xalı 3 qolla qazandı - Video
02:06
  La Liqada yeni mövsüm start götürdü
01:50
  Falkao “Monako”ya qələbə qazandırdı - Video
01:34
  Dieqo Kostadan “Çelsi” rəhbərliyinə sərt mesaj
01:20
  FİFA tarixində ilk
01:07
  “Qəbələ” - “Sumqayıt”: 21-ci duel
00:49
  “Beşiktaş” səfərdə büdrədi
00:41
  “Bavariya” mövsümə qələbə ilə başladı
00:32
  "Monako" itkisiz irəliləyir
00:17
  “Qarabağ”a qol vurmuş hücumçu “Milan”da
00:00
  Qaradərili böyük idmançıların reytinqi: Cordan 1-cidir
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore