Arif Əsədov: "Bizim zamana ehtiyacımız var"

Arif Əsədov: "Bizim zamana ehtiyacımız var"
ÖLKƏ FUTBOLU 7 Mart 2010 / 17:27 2349
-  A +

“Matça ciddi hazırlaşmışdıq. İlk hissədə oyun üstünlüyü bizim tərəfimizdə idi. Sadəcə yaranan fürsətlərdən istifadə edə bilmədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”ə qarşı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyundan sonrakı mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib. Əsədov ilk qoldan sonra komandanın oyununun sanki dayandığını söyləyib: “Matçın sonlarına yaxın isə fiziki cəhətdən çatdıra bilmirdik. Rəqibi təbrik edirəm. “Neftçi”nin oyununda dəyişiklər üçün zamana ehtiyac var. Hazırda əlimizdə olan futbolçular bunlardır. Növbəti oyunlarda uğur qazanmağa çalışacağıq”.

Daha çox


Son xəbərlər