Serb futbolçu “Qalatasaray”ın hədəfində

Serb futbolçu “Qalatasaray”ın hədəfində
XƏBƏR 29 Mart 2017 / 01:48 3099
-  A +

“Qalatasaray”ın növbəti transfer hədəfi məlum olub.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu Moskva MOİK-inin yarımmüdafiəçisi Zoran Toşiçi transfer etmək istəyir. Klub rəhbərliyi artıq serb futbolçunun meneceri ilə danışıqlara başlayıb.

Toşiçin “hərbçilər”lə müqaviləsi mövsümün sonunda bitir. Bu səbəbdən də o, “Qalatasaray”a azad agent kimi qoşula bilər.

Qeyd edək ki, Toşiç cari mövsüm MOİK-in heyətində keçirdiyi 17 oyunda 1 qol vurub.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi