“Azarkeşləri Azərbaycanı dünya çempionatında görmək istəyirlər” - Lövün köməkçisi

“Azarkeşləri Azərbaycanı dünya çempionatında görmək istəyirlər” - Lövün köməkçisi
ÖLKƏ FUTBOLU 26 Mart 2017 / 15:25 5087
-  A +

Almaniya millisinin baş məşqçisi Yoahim Lövün köməkçisi Markus Sorq bu gün Azərbaycan millisinə qarşı keçiriləcək DÇ-2018-in oyunu ilə bağlı fikirlərini bildirib.

Qol.az-ın xəbərinə görə, Almaniya Futbol İttifaqının saytına müsahibəsində o, komandadakı durum barədə fikirlərini açıqlayıb.

- Məsut Özil dünənki məşqdə iştirak etdi. Onun durumu necədir?

- Son məşqə Özil də daxil olmaqla, bütün 21 futbolçumuz qatıldı. O, hər hansı bir diskomfort hiss etmədi.

- Oyuna bütün bilet satılıb. Bütün Bakı dünya çempionları ilə bugünkü matçı gözləyir. Bəs sizin bu oyundan gözləntiniz nədir?
 
- Azərbaycan yaxşı komandadır. Onların güclü tərəfləri var. Bunu bu seçmə mərhələdə qrupdakı oyunda da göstərdilər. 3 oyunda qapılarını toxunulmaz saxlamağı bacardılar. Norveçə qalib gəldilər (1:0), çexlərlə heç-heçə (0:0) etdilər. Hazırda komanda qrupda üçüncüdür və yerli azarkeşlər millilərini dünya çempionatında görmək istəyirlər. Buna görə də biz ilk dəqiqədən diqqətli olmalıyıq. Biz  oyuna nəzarəti itirməməliyik. Biz bugünkü görüşə hazırıq.

- Şimali İrlandiya Azərbaycana 4:0 hesabı qalib gəldiyi oyunda 3 qolu standart vəziyyətdən vurub. Məşqlərdə bu amili nəzərə almısınız?

- Əlbəttə, Şimali İrlandiyanın özünün oyun standartları var. Bizim taktikamız isə fərqlidir. Bizim gücümüz bütün oyuna nəzarət etməyə imkan verir. Ona görə də bundan maksimum istifadə edib istədiyimiz nəticəni qazanmalıyıq.




- Bakıdakı atmosfer sizə nə qədər təsir edib?

- Biz cəmi gün yarımdı ki, burdayıq. Bir dəfə komanda iclası oldu, daha sonra videoanaliz etdik. Ardınca stadionda son məşqə çıxdıq. İnsanlar burda çox dostcanlıdılar və daim bizi salamlayırdılar.
 
- Azərbaycanın qrupu ikinci pillədə bitirmək şansı var?

- Futbol gözlənilməzliklərə dolu olan oyundu. Qrupdakı bütün komandaların – Çexiya, Norveç, Şimali İrlandiya və Azərbaycanın belə bir şansı var. Azərbaycan bunun üçün hər şeyi edir. Xüsusilə də bizə qarşı yaxşı nəticə əldə etsələr, onlar üçün möhtəşəm stimul olacaq. Biz isə öz növbəmizdə, konsentrasiyamızı yüksək saxlamalıyıq.
 
- Bundestim düz 648 dəqiqədir ki, qapısında qol görmür. Bununla fəxr edirsiniz?

- Müdafiə xətti üzərində fundamental iş gedir. Bu sahədə diqqətsizlik etməməliyik.
 
- Meydanın vəziyyətindən razısınız?

- Meydança fantastikdi. Mən çox təəccübləndim ki, onu necə belə gözəl saxlaya biliblər. Burda yaxşı oyun üçün hər cür şərait var.
 
- Tomas Müller millidəki qol hesabında hazırda komandanın meneceri olan Oliver Birhoffu arxada qoya bilər. Necə düşünürsüz, bu, onun üçün əlavə motivasiya ola bilər?

- Bunun Tomas üçün xüsusi bir şey olduğunu düşünmürəm, ancaq baş versə, mən çox şad olaram.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi