Renat millimizə 1 milyon dollara görə gəlib – sensasiyalı iddia

Renat millimizə 1 milyon dollara görə gəlib – sensasiyalı iddia
ÖLKƏ FUTBOLU 25 Mart 2017 / 12:24 13867
-  A +

Almaniyanın “Bild” qəzeti millimizin futbolçusu Renat Dadaşovla bağlı sensasiyalı xəbər dərc edib.

Qol.az-ın məlumatına görə, yazıda iddia edilib ki, AFFA 17 yaşlı futbolçunu Azərbaycan yığmasına cəlb etmək üçün ona 1 milyon dollar və ev verib. Məhz bundan sonra futbolçunun millimizdə oynamaq təkifini qəbul etdiyi bildirilib.

Xatırladaq ki, AFFA-nın təklifini qəbul edənə qədər R.Dadaşov Almaniyanın U-17 komandasında çıxış edib.

R.Dadaşov Azərbaycan millisin seçməsini doğma vətənə sevgisi ilə əlaqələndirib. Amma “Bild” qəzeti yazır ki, o, əslində bu seçimi pula görə edib

“Ona 1 milyon dollara yaxın – 930 min avro və ev təklif edilib. Bundan sonra o, Azərbaycandan gələn təklifi qəbul edib”.
 
Yazıda həmçinin bildirilib ki, pul bu yeniyetmə futbolçunun həyatında önəmli rol oynayıb: “O, “Ayntraxt”ın tərkibində U-15 komandaları arasında çempion olduqdan sonra “Leypitsq”dən gələn təklifi qəbul etdi. Axı, 14 yaşlı futbolçuya bir ayına 2500 avro təklif etmişdilər. Amma “Leypitsq”də o xoşbəxt deyildi. Hücumçunun artıq U-19 komandasında çıxış edərkən baş məşqçi Akim Byerlorzerlə münaqişəsi yaranmışdı. Çünki o, internat məktəbə gələrkən ətrafa 100 avroları səpməsini videoya çəkib WhatsApp-da paylaşması ilə qürurlanırdı”.

“Bild” yazıb ki, Renat Dadaşovun “Leypitsq”dən “Aytraxt”a keçməsi onun intizamsız davranışları ilə bağlı olub: “O, gecə elektrik plitədə yarımfabrikatlar hazırlayaraq onu komanda yoldaşlarına satıb. Amma “Ayntraxt” onun istedadına inandığı üçün təzədən qəbul etdi. Hələ ki, o, komandasının ümidlərini doğruldur. Renat "Ayntraxt"da 7 oyuna 5 qol vura bilib”.


Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi