“Bakıda da qol buraxmadan qalib gələcəyimizə əminəm” - Yoahim Löv

“Bakıda da qol buraxmadan qalib gələcəyimizə əminəm” -  Yoahim Löv
ÖLKƏ FUTBOLU 23 Mart 2017 / 13:04 5029
-  A +

Almaniya millisinin baş məşqçisi Yoahim Löv millimizlə oyun haqda danışıb.

Qol.az-ın xəbərinə görə, o, İngiltərə ilə yoldaşlıq matçından (1:0) sonra DÇ-2018-in seçmə mərhələsində martın 26-da Bakıda yığmamızla qarşılaşcaqları oyunla bağlı sualları cavablandırıb.

- İngiltərə ilə oyunda gördüklərimizdən nələri Bakıda da müşahidə edə bilərik?

- Azərbaycan yığmasına qalib gəlmək üçün bir çox taktiki planlarımız var. Bu matçda daha az qüvvə sərf edəcəyimizi  deyə bilmərəm. Amma hHeyətdə də dəyişikliklər ola bilər. İngiltərə ilə oyunda əsasən gənclərə şans verdik. Amma seçmə mərhələnin  oyunlarında təcrübəli futbolçulara da ehtiyac var.
 
- Səfər oyunu Almaniya üçün çətin olacaq?

- Xeyr. Azərbaycana səfər bizim üçün əlavə çətinlik yaratmayacaq. Zədədən dönmüş futbolçular var ki, onlar da məşqlərə qoşulacaqı. Düzdür, asan qarşılaşma olmayacaq. Azərbaycan bütün matçlarda yaxşı çıxış edir.
 
- Azərbaycanla qarşılaşmada sizə ən çətin gələn nədir?

- Uzun yol, saat fərqi və istəmədiyimiz şərtlər. Lakin bunlar bizim üçün önəmli deyil. Tamamilə əminəm ki, qələbə seriyamızı qol buraxmadan Bakıda da davam etdirəcəyik.
 
- Bakıdakı oyunda da qapını Mark-Andre ter Ştegen qoryacaq?

- Bu barədə  hələ danışmamaşıq.Buna qərar vermək üçün hələ vaxtımız var. Ter Ştegen İngiltərə ilə oyunda yaxşı təsir bağışladı. Manuel Noyerin durumu da hələlik bəlli deyil.

Daha çox


Son xəbərlər