“Futbolçuları motivasiya edənə kimi bir ilim geri düşür” – Tərlan Əhmədov

“Futbolçuları motivasiya edənə kimi bir ilim geri düşür” – Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 19 Mart 2017 / 17:45 2276
-  A +

“Futbolçularıma təşəkkür düşür. Sona qədər mübarizə apardılar. Komandama inanırdım. Futbolçulara diqqətli olmaq tapşırığı verilmişdi. Uduza da bilərdik. Amma yaxaladığımız şansdan yararlandıq”. 

Qol.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 23-cü turunda “Qəbələ” ilə oyundan sonra deyib.

Əhmədov 1:1 hesabı ilə yekunlaşan görüşdən sonra komandasını motivasiya edərkən çətinlik çəkdiyini bildirib: “Hər oyunqabağı futbolçuları motivasiya edənə kimi bir ilim geri düşür. Praktiki cəhətdən 7-ci yerə qalxmağımız mümkün deyil. Yerdə qalan oyunları udsaq belə, bu, qeyri-real görünür. Futbolçularımızın özünəinamı var. Sonuncu yerdə olsaq da, ümid ölməyib. Oyunçular komandanın adına, gələcəkləri naminə mübarizə aparırlar. Ötən il 46 xal yığsaq da, bu il sonuncu yerdəyik.Halbuki oyun baxımından rəqiblərdən çox da geri qalmırıq".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi