"Bəxt "Neftçi"nin tərəfində idi" - Zaur Svanadze

"Bəxt "Neftçi"nin tərəfində idi" - Zaur Svanadze
ÖLKƏ FUTBOLU 18 Mart 2017 / 22:23 2430
-  A +

“Neftçi”ni 80 illiyi münasibətilə və qələbə qazanması münasibətilə təbrik edirəm. İlk hissə “Neftçi”nin üstünlüyü ilə keçdi. İkinci hissədə daha güclü oynasaq da, qalib gələ bilmədik. Fikrimcə, oyun heç-heçə bitməli idi. Amma nə etmək olar".

Qol.az-ın məlumatına görə, bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 23-cü turunda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Komandanın məğlub olma səbəbi nədədir?

- Sadəcə, bəxtimiz gətirmədi. Bəxt bu gün “Neftçi”nin tərəfində idi.

- Hücumlarda sanki nəsə çatışmır. Bunun səbəbi nədir?

- Bunun texniki səhv olduğunu düşünmürəm. Son iki ildə bu sistemdə oynayırıq. Səhvlərimiz olurdu. Ötürmələrdə dəqiqlik çatışmırdı. Ehtiyatda elə də çox oyunçumuz yoxdur. “Neftçi” bu il yaxşı təsir bağışlayır.

- Səlahət Ağayevin qapıda olmaması oyuna təsir etdimi?

- Aydındır ki, Səlahət komandanın 1 nömrəli qapıçısıdır. Sadəcə, şans məsələsidir.

- N.Ələsgərov “Qarabağ”dan “Neftçi”yə keçdikdə komandalar arasında centlmensayağı razılaşma oldu. Bəs Ruslan Abışov “Neftçi”yə keçdikdə belə bir razılaşma oldumu?

- Xeyr. Çünki Ruslan “Neftçi”yə Antalyada olarkən keçdi. Bu səbəbdən belə bir razılaşma olmadı.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi