“Tottenhem”dən darmadağın, Keyndən het-trik

“Tottenhem”dən darmadağın, Keyndən het-trik
DÜNYA FUTBOLU 26 Fevral 2017 / 19:18 3275
-  A +

İngiltərə Premyer Liqasında bu gün 26-cı turun daha bir oyunu keçirilib.

Qol.az-ın xəbərinə görə, öz meydanında “Stok Siti”ni qəbul edən “Tottenhem” 4:0 hesabı ilə qalib gəlib. London klubunun hücumçusu Harri Keyn bu matçda het-trik edib. Bununla da o, klub karyerasında 100-cü qolu vurub.

“Tottenhem” – “Stok Siti” – 4:0
Qollar:
Harri Keyn, 14, 32, 37, Dele Alli, 45

26 oyundan sonra “Tottenhem” 53 xalla 2-ci yeri tutur. Lider “Çelsi”nin 26 matçdan 63 xalı var. “Mançester Siti” isə 25 oyundan 52 xalla 3-cüdür.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi