“2-3 yeni oyunçu alacağıq” - Mourinyo

“2-3 yeni oyunçu alacağıq” - Mourinyo
XƏBƏR 26 Fevral 2017 / 18:54 3207
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo azarkeşlərə transfer vədi verib.

Qol.az-ın xəbərinə görə, “Sky Sports”a açıqlamasında o bildirib ki, qarşdakı yay transfer pəncərəsi zamanı yeni oyunçular alacaqlar.

“Hazırkı futbolçularımızla bu mövsüm xal qazanmaq baxımından problemlərimiz olsa da, hazırda yaxşı durumdayıq. Yayda heyəti daha da gücləndirmək üçün 2 və ya 3 yeni oyunçu transfer edəcəyik”.

Mourinyo “almaq istədiyiniz futbolçuların kimliyi müəyyənləşibmi” sualıa “hə” cavabı verib.

Qeyd edək ki, Britaniya mətbuatı “qırmızı-şeytanlar”ın Antonio Qrizmann və Neymarla maraqlandığını iddia edir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi