Dəniz Yılmazın komandasına silahlı hücum - Video

Dəniz Yılmazın komandasına silahlı hücum -  Video
ÖLKƏ FUTBOLU 25 Fevral 2017 / 12:10 2665
-  A +

Milli komandamızın üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" komandası Türkiyə superliqasının son turunda "Kasımpaşa" ilə oyundan  qayıdarkən azarkeşlərin hücumuna məruz qalıb.

Qol.az-ın məlumatına görə, hadisə Yalovadakı Osmanqazi körpüsü yaxınlığında baş verib. 

Əllərində bışaq və dəyənək olan bir qrup azarkeş səfərdən 0:4 hesablı məğlubiyyətlə qayıdan komandanın avtobusuna hücum ediblər. İçəri daxil olan azarkeşlər futbolçularla əlbəyaxa olublar. Bir neçə futbolçunun ciddi xəsarət aldığı bildirilir.

Qeyd edək ki, cəzalı durumda olan Dəniz Yılmaz “Kasımpaşa” ilə oyunda iştirak etməyib. Onun komanda ilə birgə olub-olmaması hələlik bəlli deyil.



Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi