“Qarşılaşma azarkeşlərin yaratdığı möhtəşəm atmosferdə keçdi. Stadiona toplaşan tamaşaçıların da gözəl və keyfiyyətli futbol izlədiyini düşünürəm. Hər iki komanda üçün çətin, ağır oyun oldu. Sevinirəm ki, belə bir matçda çox vacib qələbə qazandıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Sergey Zenyov Topaz Premyer Liqanın 19-cu turunda "Qarabağ"a qalib gəldikləri oyun (2:0) haqda fikirlərini klubun saytına bildirərkən deyib.
"Matça çox yaxşı hazırlaşıb, bütünlüklə görüşə köklənmişdik. Oyun təxminən bərabər səviyyədə keçdi. Lakin rəqibdən fərqli olaraq, biz iki qol vura bildik. “Qarabağ” kimi güclü komandaya qalib gəldiyimiz üçün şadam” - deyə o bildirib.
Estoniyalı legioner vurduğu qol barədə də danışıb: “Qol vurduğum epizodda Filip Ozobiçin də əməyi böyük idi. O, topu qapı xəttinin üstündən mənə ötürdü. İlk cəhdinin qarşısını müdafiəçilər alsa da, təkrar ötürmə ilə mənə assistentlik etdi. Mən isə əlverişli mövqedə olduğumdan topu qapıya göndərdim. Qolkiper də bu zərbənin qarşısını ala bilmədi. Rəqibin uzaqlaşdıra bildiyi ilk ötürməni də tamamlamağa hazır idim. Lakin önəmli olan kimin qol vurmağı deyil, qələbə qazanmağımız idi”.
S. Zenyov qələbəni vacib olduğunu vurğulasa da, matçı çempionluq mübarizəsində həlledici saymadığını da qeyd edib: “Bu görüş vacib olsa da, həlledici deyildi. Çünki qarşıda hələ çox oyun var. Sadəcə xal fərqini aradan qaldırmağımız yaxşı oldu. Bu fərq 6-ya çatsaydı, sonra çətin ola bilərdi. İndi növbəti matçları düşünməliyik. Mübarizə hələ irəlidədir. Matçın sonlarında əvəzlənməyim dizimdəki ağrılarla bağlı idi. Amma ciddi problem yoxdur. Komanda ilə növbəti matçın hazırlıqlarını davam etdirəcəyəm”.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu