“Mən çempionluq haqda danışa bilmərəm” – Qriqorçuk

“Mən çempionluq haqda danışa bilmərəm” – Qriqorçuk
ÖLKƏ FUTBOLU 19 Fevral 2017 / 20:28 3867
-  A +

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının XIX turunda "Qəbələ"yə evdə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Qol.az-ın yaydığı məlumata görə, ukraynalı mütəxəssis ilk olaraq matç haqda düşüncələrini bölüşüb. 
 
- Oyundan razıyıq. Hər iki komanda ciddi səviyyədədir. Futbolçularımla qürur duyuram. Meydanda o qədər gözəl komanda var idi ki, fərqləndirə bilmirəm. Gözəl mübarizə apardılar. Komandamızda o qədər qol vəziyyəti yaradırıq ki, bunların sayı 30 olub.

- Azarkeşləriniz haqda nə deyə bilərsiniz?

- Azarkeşlərsiz futbol olmaz. Onların əla dəstəyi, yüksək səviyyəli hakimlik daimi olsa, əla olardı. Həmişə bu qədər fanatın gəlməsini istərdik. Onları cəzalandırmaq olmaz, dəstək verə bilərəm. Bugünkü kimi də hakimlik olsa, çempionatın səviyyəsini qaldırarıq.
 
- Komandanız yenidən 1-ci pilləni ələ keçirdi. Çempionluq haqda danışa bilərsiniz?

- Mən çempionluq haqda danışa bilmərəm. Mübarizə hələ qabaqdadır. Biz sadəcə bugünkü matçda qalib gəldik. Mən heç bir aqressiya görmədim. Müəyyən işgüzar söhbətlər eşitdim. Mən heç kimdən qorxmuram. Ehtiyatlanmaq yox, ciddi iş var idi. Psixologiyamız yüksək idi. Oyunçularımız optimal səviyyədən yüksək idilər. Heç bir müqayisə aparmıram. Sadəcə, çox güclü idik Həm taktiki, həm də psixoloji cəhətdən.
 
- Hakimliyi necə dəyərləndirərdiniz?

- Hamı əla hakimlik arzulayır. Belə idarəçilik hər kəs üçün xoşdur.
 
- İlk qolunuz dərhal sayılmadı...

- Mən dərhal qolun olduğunu gördüm. Ola bilsin hakim dərhal görmədi. Belə çətin vəziyyət idi. Hakimə pressinq edə bilmərəm. Sadəcə, səhv etməmələrini arzulayıram.
 
- Belə demək olarmı ki, Araz Abdullayev əvvəlki formada deyil?

- Araz Abdullayevi əvvəllər hansı formada gördüyünüzü bilmirəm. İndi aşağı səviyyəyə endiyini deyə bilmərəm. O bizimlə olduğumuz dövrdə yüksək keyfiyyətlər, sürət var.
 
- "Qarabağ"ın hücumçusu "Qarabağ"la "Azərsun Arena"dakı oyunu cəhənnəmə çevirəcəyini bildirib...

- Bu haqda bir söz deyə bilmərəm. Hazırda o oyunu düşünə bilmərik.
 
- Rəşad Sadiqovun yeni mövqedə - müdafiənin mərkəzində oyunundan razı qaldınızmı?

- Çox razı qaldım. Amma kimisə ayırmaq istəmirəm.

Daha çox


Son xəbərlər