"Azərbaycandakı insanların qəlbini qırmadan çıxış yolu axtarırıq"

"Azərbaycandakı insanların qəlbini qırmadan çıxış yolu axtarırıq"
ÖLKƏ FUTBOLU 24 Yanvar 2017 / 14:40 3974
-  A +

Türkiyənin “Bursaspor” klubu milli komandamızın baş məşqçisi Robert Prosineçki ilə danışıqları davam etdirir.

Qol.az-ın məlumatına görə, danışıqlarda yaxından iştirak edən menecer Yaşar Çalışır “ajanspor.com” saytına açıqlamasında Prosineçkinin “Bursaspor”a keçməkdə maraqlı olduğunu bildirib:

“Bursaspor” məsələyə son dərəcə peşəkar yanaşır. Prosineçki özü də “Bursaspor”a keçməkdə maraqlıdır. O, Azərbaycanda çox sevilir. Buna görə də, heç kimin xətrinə dəymək istəmir. Burdakı insanların qəlbini qırmadan bir çıxış yolu axtarırıq”.

Çalışır onu da qeyd edib ki,  Prosineçki “Bursaspor”a keçəcəyi təqdirdə, klub AFFA-ya  təzminat ödəməyəcək: Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə danışıqlarımız davam edir. Prosineçkinin müqaviləsində təzminat problemi yoxdur”.
 
Y.Çalışır əlavə edib ki, xorvatiyalı mütəxəssisin “Bursaspor”s keçmək ehtimalı 50 faizdir: “Prosineçki Türkiyə futbolu ilə bağlı geniş məlumata malikdir. Bu, “Bursaspor” rəsmilərini təəccübləndirdi. Rəhbərliyin onunla bağlı düşüncələri müsbətdir. Bu gün və ya sabah bir nəticəyə nail olmağa ümid edirik. Prosineçkinin “Bursaspor”a keçmək ehtimalı hazırda 50 faizdi”.

Qeyd edək ki, Prosineçki ilə danışıq  aparan “Bursaspor”un nümayəndələri hazırda Bakıdadılar.

Xatırladaq ki, Prosineçki Türkiyə mətbuatına açıqlamasında yaxın zamanlarda millimizdən ayrılmağı düşünmədiyini deyib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi