2016-2017-ci illər mövsümünün ikinci yarısına hazırlaşan “Qəbələ” 12 gündür təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirir.
Qol.az-ın məlumatına görə, “Qırmızı-qaralar”ın gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskiri gabalafc.az-a açıqlamasında hazırlıq prosesini dəyərləndirib:
“Təlim-məşq toplanışının bir az gecikmə ilə başlaması bir az yaxşı olmadı. Çünki iki gün itirdik. Buna baxmayaraq, səylə çalışıb, itirilən müddəti bərpa etməyi bacardıq. Artıq üç yoxlama oyunu da keçirmişik. Həmin görüşlərdə nəticə önəmli olmasa da, qələbə qazanmaq həmişə xoşdur.
Hətta həyətdə oynayanda da qalib gəlmək sevindirici olur. Çünki belə nəticə psixoloji hazırlıq və özünəinamı yüksəldir. Hazırda çempionatda bizə lazım olacaq məqamların üzərində çalışırıq. Ən əsası isə ciddi zədədən əziyyət çəkən futbolçumuz yoxdur. Yalnız kiçik xəsarəti olanlar var”.
Kvekveskiri Antalya hazırlığının mövsümün ikinci yarısı baxımından faydalı olduğunu və bunun bəhrəsi kimi hədəfə çatacaqlarını bildirib:
“Təlim-məşq toplanışını yaxşı keçirdik. İnanıram ki, bu toplanış hədəfimizə çatıb, ilk dəfə Azərbaycan çempionu olmağımıza kömək edəcək. Adətən toplanışdan sonra tam formanı yığmaq üçün 2-3 oyun lazım olur. Düşünürəm ki, “Sumqayıt”la ilk matça 100 faiz hazır olacağıq.
İlk görüşdən elə futbol nümayiş etdirməyə çalışacağıq ki, hədəfimizə çata bilək. İlk qarşılaşmada heyətimizdə bəzi itkilər olacaq. Amma onları əvəzləyəcək futbolçularımız da var”.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu