"Reynaldo Türkiyə və ya Avropada oynamaq istəyir" - meneceri danışdı

"Reynaldo Türkiyə və ya Avropada oynamaq istəyir" - meneceri danışdı
ÖLKƏ FUTBOLU 19 Yanvar 2017 / 11:22 5718
-  A +

"Qarabağ"ın futbolçusu Reynaldo Silvanın meneceri Tural Əsgərov braziliyalı oyunçu ilə bağlı Türkiyənin "Ajansspor" agentliyinə açıqlama verib.

Qol.az-ın məlumatına görə, o, superliqada yarışan "Gənclərbirliyi" və "Adanaspor" klublarının Reynaldo ilə maraqlandığını təsdiqləyib:"Gənclərbirliyi" ötən həftə Reynaldo ilə maraqlandı. Stankunun komandadan ayrılmasından sonra Reynaldonun transferi yenidən gündəmə gəldi".

"Adanaspor"dan da təklif aldıqlarını vurğulayan T.Əsgərov bu transferlə bağlı razılığa gələ bilmədiklərini bildirib: "Maddi baxımdan bu klubla razılığa gələ bilmədik. "Adanaspor" Reynaldonun istədiyi pulu vermədi".

T.Əsgərov bildirib ki, braziliyalı oyunçu futbolçu karyerasını Türkiyə və ya Avropada davam etdirmək istəyir: "Onun "Qarabağ"la 1.5 illik müqaviləsi var. "Qarabağ" onun icarəyə verməyin yox, satmağın tərəfdarıdır".

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi