"İrəliləyişi artıq hiss edirik" - Samir Abasov

"İrəliləyişi artıq hiss edirik" - Samir Abasov
XƏBƏR 16 Yanvar 2017 / 20:54 2080
-  A +

“Antalyada ikinci yoxlama oyunumuzu keçirdik. İki fərqli hissəyə şahidlik etdik. İlk yarıda əsas heyət üzvlərini, fasilədən sonra isə əvəzedici komandadan və ehtiyat oyunçuları sınaqdan keçirdik. Üç gündən sonra daha bir yoxlama oyunumuz olduğu üçün gücümüzü yarı bölmək üçün demək olar ki, bütün futbolçuların xidmətindən yararlandıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Özbəkistanın "Nasaf" klubuna 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan (0:1) sonra deyib.

"Bu cür təlim-məşq toplanışlarının əsas önəmi də  bütün futbolçuları yoxlayıb çempionata hazırlamaqdır. Maraqlı oyun oldu. Məğlub olmağımıza baxmayaraq, oyundan tam razıyam. Futbolçular demək olar ki, bütün tapşırıqların öhdəsindən gəldi. İrəliləyişi artıq hiss edirik. İnşallah çempionata qədər tam hazır vəziyyətə gələcəyik”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi