“Beşiktaş” ÇL-lə vidalaşdı, Arda het-trik etdi

“Beşiktaş” ÇL-lə vidalaşdı, Arda het-trik etdi
DÜNYA FUTBOLU 7 Dekabr 2016 / 01:39 15955
-  A +

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin son oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, ilk olaraq A, B, C və D qrupunda yer alan komandalar mübarizəni başa vurublar. 

A qrupunda lider PSJ öz meydanında “Ludoqorets”ə gözlənilmədən xal verib. Bundan maksimum yararlanan "Arsenal" qrupda birinci yeri tutub. PSJ isə növbəti mərhələyə qrup ikincisi kimi yüksəlib.

Əsas diqqətlər B qrupuna yönəlmişdi. Çünki son tur öncəsi “Napoli”, “Benfika” və “Beşiktaş”ın 1/8 finala yüksəlmək şansı var idi.

Səfərdə Kiyev “Dinamo”sunun qonağı olan İstanbul klubu qırmızı vərəqələr almaqla darmadağına məruz qalıb. Səfərdə "Benfika"nı məğlub edən "Napoli" isə qrupu zirvədə tamamlayıb. "Benfika" ikinci olduğu halda, "Beşiktaş" ÇL-lə vidalaşıb.  

Çempionlar Liqası

VI tur

6 dekabr

A qrupu
“Bazel” (İsveçrə) - “Arsenal” (İngiltərə) 1:4
Qollar:
Perez, 8 (0:1); 16 (0:2); 47 (0:3), İvobi, 54 (0:4), Dumbiya 78 (1:4)

PSJ (Fransa) - “Ludoqorets” (Bolqarıstan) 2:2
Qollar: Misidzan, 15 (0:1), Kavani, 61 (1:1), Vanderson, 69 (1:2), Di Mariya 90+2 (2:2)

N Klublar O Q H M T-F X
1 Arsenaı 6 4 2 0 18-6 14
2 PSJ 6 3 3 0 13-7 12
3 Ludoqorets 6 0 3 3 6-15 3
4 Bazel 6 0 2 4 3-12 2


B qrupu
"Benfika” (Portuqaliya) - “Napoli” (İtaliya) 1:2
Qollar:
Kalyexon, 60 (0:1), Mertens, 79 (0:2), Ximenes, 87 (1:2)

“Dinamo” (Kiyev, Ukrayna) - “Beşiktaş” (Türkiyə) 6:0
Qollar:
Besedin, 9 (1:0), Yarmolenko, 30-pen (2:0), Buyalski, 33 (3:0), Qonzalez, 45+3 (4:0), Sidorçuk, 60 (5:0), Moraes, 77 (6:0) 
Qırmızı vərəqələr: Bek, 30, Aboubakar, 56 (hər ikisi "Beşiktaş")

N Klublar O Q H M T-F X
1 Napoli 6 3 2 1 11-8  11
2 Benfika 6 2 2 2 10-10 8
3 Beşiktaş 6 1 4 1 9-14 7
4 Dinamo K 6 1 2 3 8-6 5


C qrupu
“Barselona” (İspaniya) - “Borussiya” (Münhenqladbax, Almaniya) 4:0
Qollar:
Messi, 16 (1:0), Arda Turan 50, (2:0); 53 (3:0), 67 (4:0)

“Mançester Siti” (İngiltərə) - “Seltik” (Şotlandiya) 1:1
Qollar:
Roberts, 4 (0:1), İheanaço, 8 (1:1)

N Klublar O Q H M T-F X
1 Barselona 6 5 0 1 20-4 15
2 Mançester Siri 6 2 3 1 12-10 8
3 Borussiya M 6 1 2 3 5-12 5
4 Seltik 6 0 3 3 5-16 3

D qrupu
“Bavariya” (Almaniya) - “Atletiko” (İspaniya) 1:0
Qol:
Levandovski, 28 (1:0)

PSV (Hollandiya) - “Rostov” (Rusiya) 0:0

N Klublar O Q H M T-F X
1 Atletiko 6 5 0 1 7-2 15
2 Bavariya 6 4 0 2 14-6 12
3 Rostov 6 1 2 3 6-12 5
4 PSV 6 0 2 4 4-11 2


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi