“Qarabağ”ın tarixi oyunu üçün biletlər satışa çıxır - Qiymət cədvəli

“Qarabağ”ın tarixi oyunu üçün biletlər satışa çıxır - Qiymət cədvəli
ÖLKƏ FUTBOLU 4 Dekabr 2016 / 14:42 6629
-  A +

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun “Qarabağ” – “Fiorentina” (İtaliya) matçının biletləri sabahdan satışa çıxarılacaq.

Qol.az-ın xəbərinə görə, biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkün olacaq. Biletin qiyməti sektorlardan asılı olaraq 1, 2, 5, 10, 20 və 50 manat arasında dəyişəcək.

Xatırladaq ki, Ağdam klubunun qrupdan çıxması üçün mühüm əhəmiyyət daşıyan bu oyun dekabrın 8-i, Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.


"Fiorentina" ilə oyunun qiymət cədvəli



 

Daha çox


Son xəbərlər