Ağasəlim Mircavadov: “Stadiona toplaşan azarkeşləri 90 dəqiqə həyəcanda saxlamağı bacardıq”

Ağasəlim Mircavadov: “Stadiona toplaşan azarkeşləri 90 dəqiqə həyəcanda saxlamağı bacardıq”
ÖLKƏ FUTBOLU 13 Fevral 2010 / 18:30 2597
-  A +

“Bu gün çox maraqlı qarşılaşmaya şahidlik etdik. Fikrimcə, stadiona toplaşan azarkeşləri 90 dəqiqə həyəcanda saxlamağı bacardıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyunsonrası mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: “Komandamdan razı qaldım. Uşaqlar qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Amma bu cür oyunlarda gərək yaxaladığın şanslardan istifadə edə biləsən. Amma biz imkanlarımızı boşa verdik. Stadionu çox böyük əziyyət bahasına təmizləyən arenanın işçilərinə də öz təşəkkürümü bildirirəm”.   

Daha çox


Son xəbərlər