Türkiyəni Azərbaycanla oyuna Hiddink çıxaracaq?

Türkiyəni Azərbaycanla oyuna Hiddink çıxaracaq?
DÜNYA FUTBOLU 13 Fevral 2010 / 14:47 2497
-  A +

Hollandiyalı mütəxəssis Qus Hiddink Rusiya millisindən ayrılacağı barədə məlumatı təsdiqləyib. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Hiddink Rusiya Futbol İttifaqı ilə bu yay başa çatacaq müqaviləni yeniləməyəcəyini söyləyib: «Rusiya Futbol İttifaqının prezidenti ilə danışıqlardan sonra biz iyunun 30-da əməkdaşlığa son qoymağa qərara aldıq. Biz bu qərarı ona görə tez seçdik ki, RFİ o vaxta qədər məni əvəz edəcək məşqçi tapa bilsin».
Qeyd edək ki, Hiddink «Avro-2012»də Azərbaycan millisinin rəqibi olan Türkiyə komandasının baş məşqçi vəzifəsinə əsas namizədlərdən sayılır. 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi