"Neftçi" "Karvan" önünə itkilərlə çıxacaq

XƏBƏR 12 Fevral 2010 / 14:59 1890
-  A +

Unibank Premyer Liqanın XX turunda səfərdə “Karvan”la qarşılaşacaq “Neftçi” artıq Mingəçevirə yollanıb. Qol.Az-a Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, “Riverside” mehmanxanasında məskunlaşacaq flaqman sabahkı oyuna itkilərlə çıxacaq. Belə ki, Cavid Hüseynovla Leonard Naydin cəzalı olduqları üçün “Karvan”la oyunda iştirak etməyəcəklər. Həmçinin zədəsini sağaltmaqla məşğul olan Zaur Tağızadə ilə Tural Nərimanovun oynamayacaqları dəqiq bilinsə də, Ruslan Abışovun meydana çıxıb-çıxmayacağı sual altındadır.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi