Daha bir məşqçi Foqtsun xələfi olmaqdan imtina etdi

Daha bir məşqçi Foqtsun xələfi olmaqdan imtina etdi
XƏBƏR 11 Fevral 2010 / 18:11 2223
-  A +

Daha bir məşqçi bir vaxtlar millimizin hazırkı baş məşqçisi Berti Foqtsun çalışdırdığı Nigeriya millisinə rəhbərlik etməkdən imtina edib. Qol.Az-ın FİFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Misir millisinin çalışdırıcısı Hassan Şehata Nigeriya Fubtol Federasiyasının təklifinə “yox” deyib: “Mənim Misir millisiylə müqaviləm 2012-ci ilin sonunda başa  çatacaq. Həmin vaxtadək hazırkı postumu tərk etmək fikrində deyiləm”.  
Qeyd edək ki, 61 yaşlı mütəxəssisdən başqa Nigeriya millisinin baş məşqçisi olmağa Qus Hiddink, Lui van Qal, Ratomir Duykovic, Peter Teylor və Bruno Metsun da namizəd olaraq göstərilir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi