Qurban Qurbanov: «Mahir Şükürov böyük səhv edib»

Qurban Qurbanov: «Mahir Şükürov böyük səhv edib»
ÖLKƏ FUTBOLU 11 Fevral 2010 / 14:39 2675
-  A +

«Qarabağ»ın baş məşqçisi və milli komandamızın sabiq hücumçusu Qurban Qurbanov Mahaçqalının «Anji» klubunun futbolçusu Mahir Şükürovun Azərbaycan millisində oynamaqdan imtina etməsi barədə verdiyi açıqlamanı təəccüblə qarşılayıb: «Mən Mahirdən belə şey gözləməzdim. Onu daim milliyə can atan futbolçu kimi tanımışam. Əgər Mahir həqiqətən də bu sözü deyibsə, böyük səhv edib. Onun niyə belə qərar qəbul etməsi mənim üçun anlaşılmazdır. Heç bir futboluçunun millidən imtina etməyə haqqı yoxdur. Milliyə dəvət alan istənilən futbolçu komandanın uğurlu çıxışı üçün əlindən gələni etməlidir. Hətta hər hansı bir oyunçunu seçmə mərhələ ərzində yalnız bir oyuna çağırsalar belə, bu heç nəyi dəyişmir. Elə bir oyunda da bütün bacarığını ortaya qoymalıdır ki,milliyə kömək olsun» - deyə Qurban Qurbanov Qol.Az-a bildirib.
Xatırladaq ki, bu günlərdə Mahir Şükürov AFFA rəhbərliyi tərəfindən diqqətdən kənarda qaldığına görə millidən imtina etdiyini söyləyib. Lakin sonradan o, bu fikirdən daşınıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi