Berti Foqts baş məşqçi postunda qaldı, köməkçiləri dəyişdi

Berti Foqts baş məşqçi postunda qaldı, köməkçiləri dəyişdi
ÖLKƏ FUTBOLU 18 Dekabr 2013 / 12:09 3990
-  A +

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.

Qol.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun gələcək taleyinə aydınlıq gəlib.

Belə ki, almaniyalı mütəxəssisin millimizdəki işini davam etdirməsi qərara alınıb. Nəticədə, Berti Foqtsla yeni 2 illik müqavilə imzalanması haqda qərar verilib. Bu isə o deməkdir ki, 67 yaşlı mütəxəssis "Avro-2016"nın seçmə mərhələsinin oyunlarında da yığmamızın sükanı arxasında olacaq.

Artıq Foqtsun yeni köməkçiləri də müəyyənləşib. "Kəpəz" klubunun sabiq baş məşqçisi Mahmud Qurbanov və Aslan Kərimov Foqtsun yeni köməkçiləri təyin olunublar.

Qeyd edək ki, Berti Foqts 2008-ci ilin mart ayından Azərbaycan millisini çalışdırır.

Daha çox


Son xəbərlər