Messi haqqında həbs cəzası

Messi haqqında həbs cəzası
XƏBƏR 6 İyul 2016 / 15:25 10226
-  A +

Uzun müddətdir vergidən yayındığı üçün istindaqa cəlb olunan “Barselona”nın futbolçusu Lionel Messi haqda məhkəmə qərarı verilib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, məhkəmə Argentinalı futbolçu və atası Xorxe Messi haqda 21 aylıq həbs cəzası verib..

Ancaq İspaniya qanunvericiliyə əsasən cəzaları 2 ildən az olduğu üçün onlar  həbs olunmayacaq. Əvəzində Messi 2, atası isə 1.5 milyon avro cərimə ödəyəcək.

Qeyd edək ki, Messi və atasının  məhkəməsi prosesi  2013-cü ildən davam edirdi.

Daha çox


Son xəbərlər