Dünən Azərbaycan Həvəskar Futbol Federasiyasının (AHFF) III hesabat-seçki konfransı keçirilb. Federasiyanın baş katibi Füzuli Nəcəfovun verdiyi məlumata görə, konfransın gündəliyində 5 məsələ durub.
Öncə AHFF prezidenti Kamil Rəhimovun 2003-08-ci illər üçün hesabatı dinlənilib. Ardından nəzarət-təftiş komissiyasının sədri hesabat verib. Yığıncaqda, həmçinin federasiyanın nizamnaməsinə əlavə və dəyişiklər edilib.
Konfransın ən maraqlı məqamı quruma prezident seçkiləri ilə bağlı olub. Bu posta yeganə namizəd Kamil Rəhimov yekdilliklə yenidən AHFF-in rəhbəri seçilib. Nizamnaməyə edilən dəyişikliyə əsasən, o, ikinci müddətdə 5 deyil, 4 il prezident vəzifəsini yerinə yetirəcək.
Konfransda AHFF İcraiyyə Komitəsinin də yeni üzvləri müəyyənləşib. Bunlar Kamil Rəhimov, Fərhad Nağıyev, Xalid Novruzov, Zakir Məmmədov, Elmar Məmmədov, Rüfət Əmirov və Şakir Qəribov olublar. Bundan başqa, Fərhad Nağıyevə növbəti dəfə vitse-prezident postu tapşırılıb.
Foto AFFA-nın rəsmi saytından götürülüb.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu