Arda Turan sevgilisindən ayrıldı

Arda Turan sevgilisindən ayrıldı
XƏBƏR 27 Oktyabr 2011 / 11:09 1955
-  A +

Mövsümün əvvəlində “Qalatasaray”ı İspaniyanın “Atletiko” klubuna dəyişən Arda Turan sevgilisi, aktrisa Sinem Kobaldan ayrılıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi verdiyi məlumata görə, gözlənilməz ayrılığın səbəbinin “Fashion TV” telekanalında proqram aparıcısı Ceylan Çapa olduğu bildirilir.

Qızğın “Qalatasaray” tərəfdarı olan xanım aparıcı ilə Arda Türkiyə millisinin oyunları ilə bağlı İstanbula gələrkən tanış olub. Bundan sonra futbolçu və gözəl aparıcı tez-tez əlaqə saxlamağa başlayıblar.

Qeyd edək ki, bir müddət əvvəl Ardanın “Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə birlikdə Sinemi ailəsindən istəməyə getdiyi barədə xəbər yayılmışdı. Ancaq bu xəbər yalan çıxıb. Cütlüyün nikahının gözlənildiyi bir ərəfədə ayrılıq xəbəri gəlib.


Son xəbərlər
03.09.25  17:19

"Barselona"da itki

03.09.25  16:08

"Milan" onu satır