Dadaşovun komandasının oyunu yarımçıq dayandırıldı

Dadaşovun komandasının oyunu yarımçıq dayandırıldı
XƏBƏR 1 Oktyabr 2020 / 16:45 2203
-  A +

ABŞ-ın USL çempionatında 15-ci turun oyunları keçirilir.

Qol.az xəbər veir ki, milli komandamızın üzvü Rüfət Dadaşovun forma geyindiyi “Finiks Rayzinq” səfərdə “San Dieqo Loyal”la qarşılaşıb. Lakin matç yarımçıq dayandırılıb.

Belə ki, ev sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi birinci hissənin edilmiş 8-ci dəqiqəsində komandanın futbolçusu Kollin Martinin qımızı vərəqə ilə cəzalandırılıb. Nəticədə tərəflər arasında homofobiya məsələsi üzərində müzakirə getdiyi üçün onlar 2-ci hissədə meydana daxil olmayıblar.

Hələlik matçın taleyi və komandalarla bağlı qərar verilmədiyi bildirilib.

Qeyd edək ki, Rüfət sözügedən oyuna əsas heyətdə çıxmayıb.

Xatırladaq ki, Dadaşov çempionatın yeni mövsümündə 11 dəfə fərqlənməyi bacarıb.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır