3 ildi ki, Albaniyadayam. Ayağım düşdü Şiptar dostlarımıza. Mən gələndən sonra başlayan AÇ-2016 seçmə mərhələsi onlar üçün çox uğurlu keçdi və Fransaya yollandılar. Bütün ölkə milli komanda ilə nəfəs alıb-verdi. Oyunlar vaxtı izləməsən belə, Albaniyanın qol vurduğunu çox rahat anlamaq olurdu. Hamı bir ağızdan qışqırırdı. Avropa çempionatı lap bayram ab-havasında keçdi.
Bütün ölkə milli komandanın üzvlərini qəhrəman kimi qəbul edir. Məsələn, “Qarabağ”lı Ansi ilə Tiranada görüşmüşdük. Bunu alban dostlarıma deyəndə bəxtəvərlik oxuyurdular mənə. Sonra onlarla Petrovaça getdik və “Qarabağ”ın “Rudar” üzərindəki qələbəsini birgə izlədik. Oyundan sonra Ansi axsaya-axsaya da olsa yanımıza gəldi və bizimlə görüşdü, şəkil çəkdirdik. Albanların gözündəki işığı görməli idiniz. Yadımdadı ki, bizim azarkeşlər İtaliya yığmasını 2002-də aeroportda tutub şəkil çəkdirəndə belə sevinirdilər.
Bəli, mən burda albanların öz yığmalarına necə yanaşdığını hər görəndə heyfsilənməyə bilmirəm.
Bilmirdim...
Dünən Bakıda yaşayan atam Azərbaycan – Norveç oyunundan sonra stadiondan gəlib evə çatanda onunla Skype-da danışdıq. Axırda soruşdum ki, bəs çexlərlə oyuna baxırıq mı? Cavabı bəllidi. Hazırda ölkədə abu-hava bax belədi. Hamı 2 gün sonra olacaq oyunu gözləyir. Çexlərlə oyunu.
“Qarabağ” son illərdəki, uğurları və daşıdığı adı ilə çoxdandı azarkeşi özünə bağlaya bilib. Çox adam tanıyıram ki, millini qəti izləməsə də, “Qarabağ”ın oyununa gedir, izləyir, sevinir, gözlənti içindədir. Dünınki uğurdan sonra indi artıq milli komandamız da özünə hörmət qazandı. Artıq böyük bir kütlə çərşəmbə axşamı çexlərlə matçı gözləyir.
Azərbaycan milli futbol komandası ölkə miqyasında marağı tarixində ikinci dəfədir ki, cəlb edir. Bunun üçün 20 il gözləməli olduq. O vaxt da Norveçlə eyni qrupda idik. İlk oyunda Osloda 5:0 uduzsaq da, ikinci oyunda İsveçrəni Bakıdan tarixi oyunda məğlub yola salmışdıq. Yığmamızın Azərbaycandakı ilk rəsmi matçında 31 avqust 1996-cı il tarixində Vidadi Rzayevin qolu ilə qələbə qazanmışdıq. 3-cü oyun yenə Bakıda Macarıstana qarşı idi. Stadion pilləkənlərə, damına, oturmağa-ayaqüstdə durmağa imkan verən hər yerinə qədər dolmuşdu. Əla keçirdiyimiz oyunda biz hücum etdik, macarlar vurdu və belə 0:3 uduzduq. Mən həmişə deyirəm ki, o vaxt o oyunda haqqımız olan qələbəni qazansaydıq bəlkə futbolumuz başqa cür inkişaf edərdi. O vaxt Rusiya çempionatında qolları sıralayan Nazim Süleymanov ilə Portuqaliya çempionatında “at oynadan” Vəli Qasımov yığmaya daha həvəslə, daha inamla gələrdilər. Yunis Hüseynov istedadının müqabilində diqqət cəlb edib, ortabab Avropa çempionatlarından birində çıxış edərdi. Olmadı.
İndi pulumuz da var, yaxşı məşqçimiz də var, legionerlərimiz də var... Və məncə ən əsası dünən meydanda döyüşkən komanda gördük. Bütün oyunçular meydanda canını qoydu. Bəlkə də, “Qarabağ”ın “Fiorentina”yla oyununda olduğu kimi, Rəşad yenə zədə aldı oyunda, amma çıxmayıb axıra kimi oynamalı oldu.
20 il məsələsinə gəlincə. Çexlərdən sonrakı oyunumuz 10 noyabrda Şimali İrlandiya ilədi. Əminəm çexlərlə oyunun nəticəsi nə olur-olsun azarkeşlər 1 ay sonrakı oyunu də maraqlı gözləyəcək. O vaxt macarlarla da oyunumuz məhz noyabrın 10-da baş tutmuşdu. İndi bizim vaxtımızdı...
Vüsal Aydın Qəmbərov
Albaniya
Konfrans Liqasının ilk yarımfinalçısı müəyyənləşdi
"Çelsi" Kaysedonun müqaviləsini yeniləyir
“Mingəçevir”in qələbəsindən - Video
"Barselona" yenidən UEFA-ya şikayət etdi
"Marsel"ə baha başa gəldi
"Real" komandada balansı qoruyacaq məşqçi axtarışında
Messi klub sahibi oldu
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
1-ci liqa: "Mingəçevir" 2-ci pilləyə yüksəldi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
"Bu, bəlkə də ədalətsizlikdir"
Azarkeşlər meydana axışdı, yaralananlar var - Video
"Liverpul"da qalacaq
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
"Mançester Siti"də Bernardo Silva dövrünün sonu - Rəsmi
2-ci liqada 12 oyunun vaxtı açıqlandı
Millinin qızları azarkeşlərlə görüşdülər - Şəkillər
Azərbaycan millisinin oyununu bu xanım idarə edəcək
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
42 yaşında karyerasını bitirdi
Fransa millisinə şok zərbə - DÇ-2026-nı buraxacaq
"Çelsi" Uortona göz dikdi
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı
Arda Güler üzr istədi
"Real"ın tarixində ilk dəfə
Azərbaycanın 16 yaşlı pilotu Portuqaliyada qalib oldu
Mbappe ÇL tarixində ilkə imza atdı
Simeonenin ürəyinin az qala dayanacağı o an… - Video
"Real" Arbeloanı qova bilər
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Bavariya”da futbolçular yox, baş məşqçi cəzalı duruma düşdü
Çempionlar Liqasında yarımfinalın cədvəli açıqlandı
ÇL-də son yarımfinalçılar müəyyənləşdi
Millinin futbolçuları azarkeşlərlə görüşəcəklər
Arda Güler tarix yazır
Mayami şirkəti Lionel Messini məhkəməyə verdi
"Barselona" həm də antirekordla yadda qaldı
PSJ-nin zədəli futbolçularından xəbər var
Yamal, Yıldız, Emeri ...
"Çelsi" onu göndərməyə hazırlaşır
Rafinya "Atletiko" azarkeşlərindən üzr istədi
Çempionlar Liqasının yarımfinal matçını buraxa bilərlər