Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qəbələ” ilk səfər matçına yollanır. Rəqib Rusiyanın “Krasnodar” klubudur. Sentyabrın son günündə klub rəhbərliyinin, futbolçuların və matçı işıqlandırmaq üçün “Qəbələ” klubunun dəstəyi ilə Krasnodara yollanan jurnalistlərin görüş məkanı Heydər Əliyev Hava Limanıdır.
Hava Limanı.
Saat 10:00-da hamı bir nəfər kimi hava limanında toplanır. Sənədlərimizi gömrük işçilərinə təqdim etdikdən sonra bizi Krasnodara aparacaq təyyarəyə daxil olmaq üçün 5-ci qapının qarşısına gəlirik. Amma “Qəbələ” klubunun idman direktoru Toni Adams hamımızı qabaqlayıbmış. “Arsenal”ın canlı əfsanəsi üzərində Arsen Venger imzalı kitab oxuyurdu. Həmkarlarımla Adamsa yaxınlaşıb qarşıdan gələn matçla bağlı fikirlərini öyrənirik. İngilis mütəxəssis bir az ehtiyyatlı danışır. Hətta “Qəbələ” üçün heç-heçənin də yaxşı nəticə olacağını söylədi. Daha sonra həmkarlarımla futbolçuların fikirlərini öyrəndik. Demək olar ki, hamısı yüksək əhval-ruhiyyədəydi. Elə biz də.. Çünki komandamıza inamımız yüksək idi. Axı qrupa düşənə kimi “Krasnodar”dan zəif olmayan rəqibləri mübarizədən uzaqlaşdırmışdı “Qəbələ”.
Mafiya. Şübhə,yalan,intiqam.
Saat 12:00-de təyyarə havaya qalxdı. Təxminən 10-15 dəqiqədən sonra həmkarlarım havada “Mafiya” oyunu oynamağa qərar verdilər. Təxminən 10 nəfərdən ibarət oyun iştirakçılarına “Qəbələ”nin baş meneceri Zaur Əzizov da qoşuldu. Oyun ərzində kimi qaydalara uyğun olaraq yalan danışır, kimi qarşısındakından şübhələnir, kimi də ondan şübhələnənlərdən intiqam almağa çalışır. Oyunun sonunda isə özünü çox sakit və heç nədən başı çıxmayan kimi aparan Zaur Əzizov, başqalarının fikrinə mükəmməl təsir etməyi bacaran jurnalist İlkin Xəlilov və İbrahim Cəfərov mafiya çıxır və qələbə qazanır. Təyyərə isə artıq Krasnodar səmasında Paşkov Hava Limanına yaxınlaşır.
Krasnodar
Rusiyaya birinci dəfə gələn biri olaraq soyuq hava ilə qarşılaşacağımı güman edirdim. Hətta Heydər Əliyev Hava Limanında söhbət zamanı Toni Adams da havanın soyuq ola biləcəyini demişdi. Amma Rusiyada “Qafqazın qapısı” adlanan Krasnodar Bakıdan da isti idi. Paşkov Hava Lİmanından çıxanda həm “Qəbələ”ni, həm də KİV nümayəndələrini aparacaq avtobuslar gözləyirdi. Futbolçularla fərqli oteldə qalacağımızdan komandamızın son durumunu öyrənmək üçün klubun vitse- prezidenti Fariz Nəcəfova yaxınlaşdım. Fariz müəllim “Qəbələ” ilə qələbəyə inamlı danışdı. Amma rəqibin çox güclü komanda olduğunu da etiraf etməkdən çəkinmədi. Mən də öz növbəmdə Fariz müəllimə və “Qəbələ”yə uğurlar arzulayıb bizi qalacağımız otelə aparacaq avtobusa minirəm və qalacağımız otelə yola düşürük. Yol boyu avtobus sürücüsü Pyotr bizə şəhər haqqında danışır, bizi maraqlandıran sualları cavablandırır. Təxminən 30 dəqiqədən sonra Krasnodarın mərkəzində yerləşən otelə çatırıq. Sovet dövrünün izlərini qoruyub saxlayan şəhərdə eyni zamanda müasir binalara da rast gəlmək olurdu. Ümumi görünüşdə isə şəhər qırmızı kərpicli evləri ilə mənə Gəncəni xatırlatdı. Həmin bu qırmızı evlər “Şanxayçik” adlanır. Qırmızı kərpicdən, gildən və samandan tikilir. Deyilənə görə bu “Şanxayçik”lərdən Rusiyanın heç yerində yoxdur.
Rus mədəniyyəti.
Krasnodarda sanki zaman maşınıyla sovet dövrünə düşmüş kimi olursan. Tramvaylar, trolleybuslar, evlər elə böyüklərin həmin vaxtları təsvir etdiyi kimi idi. 800 min əhalisi olan Krasnodar əvvəllər hərbçi kazakların şəhəri olub və Kraliça Yelizavetanın şərəfinə Yekaterinadar adlanırmış. Diqqətimi çəkən məqamlardan biri isə rusların bir-birlərinə hörməti və qaydalara dəqiqliklə riayət etməsi oldu. Məsələn, qarşı tərəfə keçmək istəyənlər yolunu uzatsa belə piyada keçidi olmayan yerdən qətiyyən istifadə eləməzdi. Keçiddə isə yolda avtomobil olmasa belə işıqforda sərnişinlərin keçidini bildirən yaşıl işıq yanmasa yerlərindən tərpənmirdilər. Şəhərin mərkəzi hissəsində qaldğımız üçün tarixi abidələr də çox uzaqda deyildi. Qriqorçukun mətbuat konfransına bir neçə saat qaldığından qərar verdik ki, bir az şəhərlə tanış olaq. Deyilənə görə, şəhərdə qadınların sayı kişilərdən 10 faiz çoxdur. Hava isti olduğundan şəhər əhalisi də gəzintidə idi. Kişilərimizi Rusiyaya bağlayan canlı nümunələrə rast gələ-gələ onu da düşündüm ki, kiçik şəhər olsa da, futbol əhvalı heç hiss olunmur. Ela buna görə də sakinlərin fikrini öyrənməyə çalışdıq. Amma yanılmışdıq. Komandalarının oyunundan hamının xəbəri var idi. Hətta böyük əksəriyyət “Krasnodar”ın qələbə qazanacağına inanırdı. Amma diqqət çəkən bir məqam da o idi ki, azarkeşlər qonaqpərvərlikdənmi, nədənmi belə udacaqlar, elə udacaqlar deyib qətiyyən lovğalanmırdılar. Praqmatik ruslar qələbənin asan başa gəlməyəcəyini, matçın 2:1 hesabı ilə başa çatacağını söyləyirdilər. Elə belə də oldu.
Roman Qriqorçuk
Axşam saat altıda Pyotr qardaş bizi Kuban stadionuna aparmaq üçün otelin qarşısında gözləyirdi. Komandamızın “Krasnodar”la oynayacağı stadionun maraqlı görünüşü vardı. Kuban klubunun tarixinə yazılan idmançıların nəhəng şəkilləri stadionun divarlarına vurulmuşdu. Nəhayət, komandamızın baş məşqçisi gəlib jurnalistlərin suallarını cavablandırmaq üçün kürsüyə əyləşdi. Sözlərindən hiss etdik ki, Qriqorçuk da hamı kimi qələbəyə inamlıdı. Hətta zarafatla 5:0 hesabı ilə qalib gələcəklərini söylədi. Amma heyətlə bağlı hələ tam qərarını verməmişdi. Mətbuat konfransından sonra komandamız Kuban stadionunda ilk məşqinə çıxır. Meydanda topla rəftarlarında diqqətli olan futbolçularımız sanki rəqib komandanın nümayəndələrinə öz gücünü anlatmağa çalışırdı.
1 Oktyabır.
Matçın başlamasına saatlar qalıb. “Krasnodar”ın təmsilçimizi qəbul edəcəyi gün artıq hamıda həyəcan hiss olunurdu. Vaxt yetişəndə Pyotr otelin qarşısında öz kiçik avtobusu ilə dayanmışdı. Stadiona daxil olanda bizi güclü yağış və erməni dilində danışan azarkeşlər qarşıladı. Ermənilərin çoxluq təşkil etdiyi şəhərdə azarkeşlər arasında onların da olması bizi təəccübləndirmədi. Oyunun gərgin keçəcəyini bir daha anladıq. Əlində “Krasnodar”ın futbolçusu Odil Axmedovun rəsmini tutmuş özbək azarkeş isə bizi çox mehriban və hörmətlə qarşılayıb salam verdi. Həmin vaxt stadionun qapısı açıldı və hər iki komandanı daşıyan avtobuslar stadiona daxil oldu. Artıq hər şey hazırdı. Matçın başlamasına dəqiqələr qalıb.
Bəxtsiz braziliyalı
Saat 22:05-də polşalı hakimlər birqadası oyunun start fitini çalır. Matçın ilk dəqiqələrində futbolçularımız rəqibi məyus etmək üçün irəli atıldı. Azərbaycanlıların çox az yaşadığı şəhərdə komandamıza azarkeş dəstəyi zəif idi. Onlar da qarışmışdı ruslara. Matçın 8-ci dəqiqəsində rusların sevinc sədaları meydanı bürüdü. Vedersonun vurduğu ilk qol onları çox sevindirmişdi. Axı Rusiya Premyer Liqasında işləri heç də yaxşı getməyən “Krasnodar” azarkeşləri üçün bundan gözəl hədiyyə ola bilməzdi. İlk hissədə inamsız görünən komandamız ikinci hissəyə yaxşı başladı. Elə bunun nəticəsi olaraq Dodo meydanda sükutu pozdu. O Dodo ki, “Panatinaikos”la olduğu kimi bu matçda da qəhrəman ola bilərdi. Braziliyalının 3 qol vurmasına baxmayaraq hakimlər yalnız birini qeydə aldı. Vurduğu iki qolda isə Dodonu oyundan kənar vəziyyətdə, bizim isə sevincimizi gözümüzdə qoydu. Oyunun sonunda meydandan məğlub ayrılsaq da başımız dik qayıtdıq doğma vətənə. Elə buna görə də “Qəbələ” klubunun hər bir üzvünə təşəkkür edirəm. “Qəbələ” və “Qarabağ”a ona görə təşəkkür düşür ki, bu klublar idman mətbuatının maddi durumunun yaxşı olmadığı bir vaxtda jurnalistlərə oyunları işıqlandırmaq üçün səfərlər zamanı dəstək olur. Hətta Krasnodarda olan zaman stadionun media sektoruna nəzarət edən rus söylədi ki, Almaniyanın “Volfsburq” klubu ilə oynayanda cəmi dörd jurnalist gəlmişdi. “Qəbələ” isə 30-a yaxın jurnalist gətirib.
Ergün SEYİD, Bakı-Krasnodar-Bakı
Türkiyədə 600 futbolçu dindirilməyə çağırılacaq
Məşhur klub satılır
“Barselona” Reşford üçün qərar verməyə tələsmir
“Qalatasaray”dan mövsümün ilk məğlubiyyəti
"Qarabağ" derbidə "Neftçi"ni belə məğlub etdi - Video
"Belə oyunların sayı çox olsa, çempionatda inkişaf daha sürətli olar" - Qurban Qurbanov
“Aston Villa”dan əzmkar oyun, 4 cavabsız qol
"Qarabağ" "Neftçi"yə, “Sabah” “Kəpəz”ə qalib gəldi
“Sassuolo” səfərdə “Atalanta”nı darmadağın etdi
"Sabah" səfərdən 3 xalla qayıtdı - Video
Voleybol millimiz Türkiyəyə məğlub oldu
"Oyundan yox, nəticədən məmnunam" - Valdas Dambrauskas
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
"Qarabağ" - "Neftçi" - Heyətlər
“Real” Rüdiger ilə danışıqları dayandırdı
Yüksək Liqanın oyun cədvəli açıqlandı
Olimpiya çempionumuz İslamiadada finala yüksəldi
Messinin 400-cü assisti
"Kəpəz" braziliyalı oyunçu ilə yolları ayırdı
"Kəpəz" - "Sabah" - Heyətlər
Ruy Koşta yenidən "Benfika"nın prezidenti seçildi
Azərbaycan klubundan Tanzaniya millisinə
Millimizin üzvü oynadı, komandası qalib gəldi
Messi dubl etdi, “İnter Mayami” 1/4 finala yüksəldi
Qrizmann Messinin La Liqadakı rekordunu qırdı
Premyer Liqanın liderindən xal itkisi - Video
“Beşiktaş” 3 xalı 3 qolla qazandı - Video
Mahir 9 turdan sonra meydana çıxdı və zədələndi
Ronaldo qollarının sayını 953-ə çatdırdı
Renat ehtiyatda qaldı, komandası xal itirdi
“Bayer Leverkuzen”dən darmadağın - Video
“Traktor” öz meydanında uduzdu
“Tottenhem” - “Mançester Yunayted” matçında 4 qol - Video
Hidayət Heydərov İslamiadanın ikiqat qalibi oldu
Millimizin üzvü 90 dəqiqə oynadı
Derbilərin tamaşaçı sayı açıqlandı
“Bavariya” mövsümdə ilk dəfə xal itirdi