"Real" sabiq qapıçısı İker Kasilyas "Portu"ya keçməsinin səbəbini açıqlayıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ispan qolkiper Portuqaliya təmsilçisinin baş məşqçisi Xulen Lopeteqinin ona göstərdiyi etimad üçün bu klubu seçdiyini deyib:
"Onun mənə olan güvəni İspaniyadan ayrılmağıma səbəb oldu. Başqa klublardan da təklif almışdım. Amcaq heç bir klub "Portu" kimi mübariz deyildi. Burada yüksək səviyyədə futbol oynamağa davam edəcəm".
İ.Kasilyas "Portu" haqda müsbət fikirlər də səsləndirib: "Portu" prestijli klubdur. Komandada yaxşı futbolçular var və hər mövsüm Çempionlar Liqasında mübarizə aparırlar. Burada oynadığıma görə xoşbəxtəm. Portuqaliyada və Avropada uğur qazanmaq üçün çalışacağıq".
Qeyd edək ki, İ.Kasilyas ötən ay "Portu" ilə iki illik müqavilə imzalayıb.
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
"Real"a keçə bilər
Messi zədələnib?