Azərbaycan idman mətbuatında Anarların sayı az deyil. Hər birinə bir insan, bir həmkar kimi hörmətim var. Onlar arasında ən stajlılardan biri isə Şabanoğlu soyadlısıdır. İlk baxışdan adama elə gələ bilər ki, bu adamın yaşı yetərincə çoxdur, heç olmasa 40-a yaxındır. Çünki o, artıq 16 ildir qələm əhlinin nümayəndəsidir. Ancaq bu gün ad günü olan Anar Shabanoglu yalnız indi “3-lər”i qoşalaşdırır. Yəni o, çox tez - 17-18 yaşından jurnalistikaya başlayıb.
Məşhur qolun kadrı
Şabanoğlu da mənim kimi "Futbol-plus” qəzetinin yetirməsidir. Mahir Rüstəmli, Vusal Mahmudovun rəhbərliyi altında çalışmaqla bu sahəyə gəlib və tanınıb. Mən Anarla birgə çalışmasam da, onun haqqında çox eşitmişəm. Bunlar isə onunla birgə işləmiş həmkarlarımızdan, dostlarımızdan olub. Onlar isə “Futbol+”in ilk reportyor nəslinin, yəni 1999-ci ildə qəzet həftədə 2 dəfəyə keçən zaman nümayəndələridir. Kimlər yoxdur onlar arasında – İlkin Fikrətoğlu, Elnur Məmmədli, Vaqif Heydərli, Səbuhi Səfiyarlı, Eldəniz Yusifov, Elman Himayətoğlu, Elşən Məmmədov və sair. Bu insanların söhbətləri əsasında belə qənaətə gəlmişəm ki, Anar sıradan yox, yaddaqalan işçi və yazar olub. Bu səbəbdən demək olar hamı, o cümlədən mən onun xətrini çox istəyirəm.
Heş şübhəsiz ki, Şabanoğlunun ən yaddaqalan işi Zaur Tağızadə ilə möhtəşəm müsahibəsidir. 1999-cu ilin sentyabrıdır və milli komandamız Portuqaliya yığması ilə 2 gün dalbadal 2 dəfə meydanda üzləşir. İkinci gündə Tağızadə möhtəşəm qola imza atır, təkbətək çıxdığı epizodda topu məşhur Vitor Bayanın ayaqları arasından keçirir. Həmin vaxt Anar stadionda, daha doğrusu, qol vurulan qapının arxasında olur. Və o, Zaurun uzun illər qəzet səhifələrini bəzəyən məşhur qolunun kadrını tutur. Təbii ki, həmin vaxtın fotokameraları ilə indikilərin imkanları sadəcə, müqayisə olunmazdır.
Dillər əzbəri olan müsahibə
Zaura “Qızıl oğlan” ləqəbi də məhz həmin vaxt verilib. Həm futbolçunun özü parlayıb, onu da futbol ictimaiyyətinə geniş təqdim edən jurnalistin. Ona görə geniş dedim ki, bu, “Futbol+”də analoqu olmayan müsahibə sayılır. Ondan indiyədək danışırlar, dillər əzbəri olub. Müsahibə o qədər böyük alınıb ki, onu 2 nömrəyə güclə sığışdırıblar. Səhv etmirəmsə, təxminən 40 min işarə olub. Daha orada Zaurdan nələr soruşulmayıb, hansı ətri xoşladığına qədər danışıb. Açığı, məni tanıyanlar yaxşı bilir ki, mənim də müsahibələrim böyük alınır. Bu da yaddaşımın yaxşı olması, məlumat bazamın genişliyi, müsahibimdən daha çox şeyi soruşmaq istəyimlə bağlıdır. Ancaq Anar bu müsahibəylə məni də keçib. Təsadüfi deyil ki, bu geniş müsahibə “Futbol+” arxivində liderliyini qoruyur.
Əslində, Şabanoğlu indi də qəzetin ştatda olmasa da, bir üzvü sayılır, ara-sıra yazılarına rast gəlirik. Hələ mən işlədiyim dövrdə Anarın köşə yazıları gedirdi. Onu deyim ki, ən çox bəyəndiyim köşə yazarlarındandır. İnsan vaxtilə məşğul olduğu sahədən uzaqlaşa bilər. Ancaq onu istedadı varsa, hər zaman özünü göstərəcək. Anarın yazı dili, bədii çalarlar xoşuma gəlir. Onun televiziyada danışıqlarını dinləmişəm və şablondan uzaq adam olduğunu özüm üçün müəyyənləşdirmişəm. Hər halda, yaxşı qələmi olmasaydı, Mahir Rüstəmli kimi baş redaktor 18 il öncə yaratdığı, yaşatdığı doğma qəzetində indiyədək ona yer verməzdi.
Okeanın o tayına səfər
Uzun illərdir Rusiyada, Moskvada yaşayan Anarın vətənpərvərliyi də bəyəndiyim xüsusiyyətlərindəndir. Özü də o, bunu hər zaman göstərir. Mənim Şabanoğlu ilə şəxsi tanışlığım da məhz Rusiya paytaxtında, onun, hamımızın uzun illər diqqət mərkəzində olan “Birlik kuboku”nda olub. Postsovet məkanı təmsilçiləri arasında keçirilən bu ənənəvi turnir zamanı Anarın ürəyi iştirakçı komandalarımızla döyünürdü. 9 il öncə “Birlik kuboku”nu Bakıya gətirdiyimiz zamanı Şabanoğlunun Domodedovo hava limanına gedən avtobusun arxasınca avtomobildə Azərbaycan bayrağını havalandıraraq gəlməsini, sevincini necə bölüşməsini yaxşı xatırlayıram.
Vətəndən kənarda bir çox yerlərdə olan Anar Okeanın o tayına da gedib çıxıb, ABŞ-a ayaq basıb. O, ötən yay dünya çempionatını izləmək üçün Braziliyada getməsi ilə də diqqət mərkəzinə düşdü. Özü də məncə, həmin turniri stadiondan izləyən yeganə azərbaycanlı idman jurnalisti olub. Arzu edirəm ki, belə mötəbər yarışları məkan yerindən canlı izləmək bir çoxlarımıza nəsib olsun.
Anar, kaş mən də səninlə birgə çalışaydım və onda xatirələrim daha çox olardı. Ancaq səninlə işləməyə-işləməyə haqqında yetərincə yaza bildim. İnan ki, səninlə işləmiş həmkarlarının heç birindən səninlə bağlı heç nə soruşmamışam. Həyatda insana əsas diqqətdir ki, sənin dünyaya gəldiyin gündə bunu sənə göstərməyi lazım bildim.
Təbriklər, qardaşım!
Mehman SÜLEYMANOV
Yuxarı
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas