"Avro-2016"nın seçmə mərhələsində oktyabrın ayında millimizlə qarşılaşacaq İtaliya yığmasının heyəti açıqlanıb.
Qol.Az-ın İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Antonio Konte qarşıdakı oyun üçün 26 futbolçuya dəvət göndərib.
İtaliyanın millisinin aparıcı üzvlərində olan Andrea Pirlo və Mario Balotelli 26 futbolçu sırasında yer almayıb. Bu isə o deməkdir ki, adı çəkilən futbolçular millizlə görüşdə iştirak etməyəcəklər.
Qeyd edək ki, oktyabrın 10-da evdə Azərbaycan millisi ilə qarşılaşacaq İtaliya yığması, 3 gün sonra sonra Maltanın qonağı olacaq.
Qapıçılar: Canluici Buffon ("Yuventus"), Matteo Perin ("Genua"), Salvator Siriqu (PSJ, Fransa)
Müdafiəçilər: Leonadro Bonuççi ("Yuventus"), Corcio Kyellini ("Yuventus"), Ancelo Oqbonna ("Yuventus"), Andrea Ranokkia ("İnter", Milan), Daniel Ruqani ("Empoli")
Yarımmüdafiəçilər: Alberto Akvilani ("Fiorentina"), Cakomo Bonaventura ("Milan"), Antonio Kandreva ("Latsio"), Matteo Darmian ("Torino"), Mattia de Şilyo ("Milan"), Alessandro Florenzi ("Roma"), Klaudio Markisio ("Yuventus"), Marko Parolo ("Latsio"), Manuel Paskual ("Fiorentina"), Andrea Poli ("Milan"), Tiaqo Motta (PSJ, Fransa), Marko Verratti (PSJ, Fransa)
Hücumçular: Mattia Destro ("Roma"), Sebastian Covinko ("Yuventus"), Çiro İmmobile ("Borussiya", Dortmund), Pablo Osvaldo ("İnter"), Qrasioano Pelle ("Sauthempton"), Simone Zaza ("Sassuolo").
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər