“Qarabağ” böyük hörmətə layiqdir” - İtaliya mətbuatı

“Qarabağ” böyük hörmətə layiqdir”  - İtaliya mətbuatı
ÖLKƏ FUTBOLU 2 Oktyabr 2014 / 16:00 8561
-  A +

İtaliyanın “Sport Mediaset” idman saytında “Qarabağ” klubu haqda məqalə yerləşdirilib.

Qol.Az-ın məlumatına görə, məqalədə “Qarabağ”ın yaranma ilindən bu günə qədər keçdiyi çətin yollardan, təmsil etdiyi Ağdam şəhərinin ermənilər tərəfindən işğal olunmasından və  komandanın son uğurlu nəticələrindən bəhs edən məqamlara toxunulub:

“Qarabağ” klubunun əsası 1951-ci ildə Ağdam şəhərində qoyulub.  Lakin 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsi zamanı  Ermənistan Azərbaycanın bir sıra ərazilərini, o cümlədən Ağdam şəhərini işğal edib. Şəhər ermənilər tərəfindən tamamilə dağıdılıb.Komanda öz yurdunu tərk edərək  Bakıda məskunlaşmalı olub. Bölgədə atəşkəs elan olunsa da, “Qarabağ” hələ də öz doğma şəhərində oynamaq imkanından məhrumdur. Komanda bu günə qədər çox ağır günlər keçirməsinə baxmayaraq heç bir turnirdən kənarda qalmayıb”.

Yazıda Qurban Qurbanovun “Qarabağ”a baş məşqçi təyin olunmasından və bundan sonra komandanın daha  yaxşı nəticələr qazandığından söbət açılıb:
“2008-ci ildə komandanın sükanı arxasına Azərbaycan millisinin sabiq futbolçusu Qurban Qurbanov keçir. Onun gəlişindən sonra “Qarabağ”ın uğurları daha da artır. Komanda Avropa Liqasında ardıcıl üç il pley-off mərhələsinə qədər irəliləyir. Nəhayət 2013/14 mövsümündə 21 illik fasilədən sonra yenidən çempion adını qazanır. Bu gün isə “Qarabağ” Avropa Liqasını qrup mərhələsində mübarizə aparır”. 

Sonda, “Qarabağ”ın “İnter”lə bu gecə keçiriləcək oyunundan bəhs edilib. İtaliya mediası “Qarabağ”ın Bakıya hansı nəticə ilə dönəcəyindən asılı olmayaraq hörmətə layiq olduğunu  yazıb:  “Onsuz da “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi bu komanda üçün böyük uğurdur. Ancaq “İnter”lə oyunda onlardan daha artığını da gözləmək olar.  21 ildir ki, öz doğma meydanından kənarda uğurlar qazanan komandanın futbolçularından çox şey gözləmək olar. “Qarabağ” böyük hörmətə layiqdir”. 

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır