“Neftçi”nin yeni vitse-prezidenti Elnur Məmmədov jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın xəbərinə görə, klubun saytı bu gün E.Məmmədovun media nümayənlərinin ona ünvanladığı suallara verdiyi cavabı yayıb.
- AFFA-nın fan-klublar üzrə koordinatoru vəzifəsində çalışmısınız. Son dönəmlərdə də "Neftçi" azarkeşlərini küsdürüb və "xalq komandası"nın oyunlarına əvvəlki qədər azarkeş gəlmir (avrokuboklar istisnadır). Yeni klubunuzda azarkeşlərlə bağlı hansı işlər görməyi düşünürsünüz?
- Azarkeşlər futbolun bəzəyidir və futbol azarkeşlər üçün oynanılır. “Neftçi” hər zaman azarkeş dəstəyini hiss edib və onlara çoxlu qələbə sevinci yaşadıb. Avrokubok oyunlarında stadionlarımızda demək olar ki, boş yerlər olmur. Çalışacağıq ki, “Neftçi”nin çempionat və kubok oyunları da eyni maraqla qarşılansın. Artıq bu gün bəzi fan-klublarla görüş keçirmişik. Bu görüşlər mütəmadi hal alacaq və inanıram ki, “Neftçi” azarkeşlərinin sayı artan xəttlə inkişaf edəcək.
- AFFA-nın baş katibi Elxan Məmmədov sizə "Neftçi"yə vitse-prezident təyin olunacağınız haqda xəbəri verəndə hansı hissləri keçirdiz?
- “Neftçi”də vitse-prezident vəzifəsini mənə klub prezidenti Sadıq Sadıqov şəxsən təklif etdi. Mən də öz növbəmdə bu təklifi müsbət qarşıladım və klubda fəaliyyətə başladım. Buna qədər Sadıq müəllimlə birlikdə dəfələrlə “Neftçi”nin “8-ci km qəsəbə stadionu”nda keçirilmiş oyunlarını izləmişik. Futbol mövzusunda müzakirələrimiz olub. Oyunların təşkili məsələləri ilə əlaqədar “Neftçi”nin rəsmiləri və ümumilikdə əməkdaşları ilə daim əlaqədə olmuşam.
- "Neftçi"nin heyəti növbəti çempionluq üçün yetərli deyil. Qış fasiləsində yeni futbolçuların alınması haqda düşünürsüzmü?
- “Neftçi” hazırki heyəti ilə bir çox uğur qazanıb. Komanda ötən mövsüm ölkə kubokunu əldə edib və Avropa Liqasının play-off mərhələsinə kimi irəliləyib. Hazırda transfer pəncərəsi bağlı olduğu üçün bu haqda danışmaq tezdir. Bu məsələlər qış fasiləsi ərəfəsində müzakirə olunacaq və müvafiq addımlar atılacaq.
- Uzun illərdir komandaya ancaq yerli baş məşqçilər təyin olunur. Gələcəkdə bu siyasət dəyişiləcəkmi?
- “Neftçi” klubunun məlum strategiyası var və bu tendensiya özünü doğruldur. “Neftçi” yerli məşqçilərlə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” da bu nəticəni yerli mütəxəssislə göstərib. Təcrübə onu göstərir ki, klub futbolunda yerli mütəxəssislərə güvənmək öz müsbət nəticəsini verir.
- Çox maraqlıdır, niyə təqdimatınız mətbuata qapalı oldu? Olmazdı ki, mətbuat konfransı təşkil edib həm təqdimatınızı keçirərdiz, həm də jurnalistlərin suallarını canlı cavablandırardız?
- “Neftçi”dən gələn təklif mənim üçün də gözlənilməz oldu. Təqdimatı təntənəli şəkildə keçirməyə ehtiyac duymadıq. Müəyyən vaxt keçdikdən sonra mütəmadi olaraq mətbuata gördüyümüz işlər barəsində hesabat verəcəyik.
- Elxan Məmmədovla münasibətləriniz necədir? Çünki təyinatınızın Elxan Məmmədovun gerçəkləşdirdiyi fikri daha çox inandırıcıdır. Bu haqda nə deyə bilərsiz?
- AFFA-da 6 il müddətində Elxan Məmmədovun rəhbərliyi altında çalışmış və futbol sahəsində müəyyən təcrübə qazanmışam. Buna görə Elxan müəllimə öz minnətdarlığımı bildirirəm. Sadıq müəllim tərəfindən mənə edilən təklifi o da müsbət qarşıladı və gələcək fəaliyyətimdə uğurlar arzuladı.
- Nəyə görə AFFA-da işinizi davam etdirmədiz?
- AFFA-da çalışdığım 6 il müddətində çox qiymətli təcrübə toplamışam. Buna görə bir daha AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Sadəcə olaraq əmək məcəlləsinə əsasən eyni vaxtda yalnız bir iş yerində tam ştatlı fəaliyyət göstərmək mümkündür.
- Gənc kadr kimi işinizdə hansısa yeniliklər olacaq, islahatlar aparacaqsız?
- Ümumiyyətlə “Neftçi”də gənc yerli mütəxəssilərə hər zaman üstünlük verilib. Hətta klubun kollektivi də əsasən gənclərdən ibarətdir. İslahatlara gəldikdə isə “Neftçi”nin öz strategiyası və inkişaf xətti var və biz bu işin icraçılarıyıq. Klubda fəaliyyət göstərən hər bir əməkdaş kimi mən də üzərimə düşən işi ən yüksək səviyyədə yerinə yetirməyə çalışacam.
- Digər vitse-prezidentlərdən necə seçiləcəksiz?
- “Neftçi” bir komandadır. Komandanın uğur qazanması üçün hər kəs əlindən gələni etməlidir. Fərdlərin fəaliyyətini qabartmaq düzgün olmazdı. “Neftçi” son illərdə qazandığı uğurlarla düzgün yolda olduğunu nümayiş etdirib. Birlikdə çalışıb uğurların davamını gətirəcəyimizə inanıram.
Sarri qovula bilər
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video