"Çox güclü komandaya qarşı mübarizə aparacağıq. Düzdür, üstünlük rəqibin tərəfindədir. Bu səbəbdən komandamızı çətin və ağır qarşılaşma gözləyir. Çalışacağıq ki, öz oyunumuzu göstərib, sərfəli nəticə qazanaq”.
Qol.Az-ın Apasport.az saytına istinadən istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "İnter"lə matç öncəsi keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, əsas məqsəd rəqibə öz oyununu oynamağa imkan verməməkdir:
“Nəticənin bizim üçün nə qədər uğurlu olub-olmadığını oyundan sonra deyə bilərik. İndidən bu haqda düşünmək istəmirik. Fikrim komandanı oyuna düzgün hazırlamaqdır. Əsas odur ki, “İnter”ə oynamağa imkan verməyək. Eləcə də, məni çətin sınaq gözləyir. Sabah qarşımıza tam fərqli heyət çıxa bilər. Hər qazanılan xal xallarımıza əlavə olunur. Bakıya 1 xalla qayıtsaq, bizim üçün daha faydalı olar”.
“Qarabağ”ın qrupda digər rəqibi olan “Sent Etyen” futbolçularından birinin “Növbəti mərhələyə “Qarabağ” və biz çıxacağıq” deməsinə münasibət bildirən Q.Qurbanovun fikrincə, qrupdakı bütün rəqiblər “İnter”ə hörmətlə yanaşmalıdır:
“Ola bilsin A seriyasında “Kalyari”yə 1:4 hesablı məğlubiyyətə görə belə deyirlər. Amma qrupun favotiri “İnter”dir. Bu komandaya qarşı belə fikir yürütmək düzgün çıxmaz”.
Q.Qurbanov daha sonra bildirib ki, komandanın Milana daha tez səfər etməsində məqsəd futbolçuların yerli mühitə uyğunlaşıb, yerli mədəniyyətilə tanış olmaqdıR.
İtaliyalı həmkarımızın “İnter”lə qarşılaşmanı “Qarabağ”ın tarixində ən yaddaqalan oyun kimi dəyərləndirmək olarmı” sualına gəlincə, "Qarabağ"ın baş məşqçisi deyib ki, “İnter”lə qarşılaşmanın öz özəlliyi var: “Həqiqətən də bu matçın yeri başqadır. Baxmayaraq ki, biz “Borussiya”ya qarşı da oynamışıq. Hər ikisi öz ölkəsinin nəhəng klubkarından sayılır. İlk dəfə İtaliya klubuna qarşı oynayacağıq”.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi