"Qarabağ"a qarşı yaxşı oynadıq" - "Sent Etyen"in baş məşqçisi

"Qarabağ"a qarşı yaxşı oynadıq" - "Sent Etyen"in baş məşqçisi
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2014 / 12:52 4885
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sent-Etyen" klubunun baş məşqisi Kristof Qaltye Fransa mətbuatına müsahibə verib.
 
Qol.Az-ın məlumatına görə, ölkə çempionatının növbəti turunda bu gün "Bordo" ilə qarşılacaqları oyun haqda sualları cavablandırarkən 48 yaşlı mütəxəssis "Qarabağ"la Bakıda keçirilən matçı (0:0) bir daha xatırlayıb:

"Hədəfimiz "Bordo"ya qalib gəlməkdir. Son vaxtlar sıx qrafiklə oynayırıq. Bu, işimizi çətinləşdirir. Ancaq başqa yolumuz yoxdur. Həm ölkə çempionatında, həm də Avropa Liqasında uğur əldə etməyə çalışırıq. Təbii ki, nəticə əsas şərtdir. Ancaq bəzən yaxşı oyun nümayiş etdirsən də, qələbə qazanmaq mümkün olmur. Avropa Liqasına bir xalla başladıq. Düşünürəm ki, səfərdə "Qarabağ"la yaxşı oynadıq. Bundan sonrakı qarşılaşmalarda daha yaxşı nəticələr qazanacağımıza inanıram".

Qeyd edək ki, "Sent Etyen"in "Qarabağ"la növbəti oyunu noyabrın 27-də, Fransada keçiriləcək.

Daha çox


Son xəbərlər