"Qarabağ" dünya reytinqində gerilədi

"Qarabağ" dünya reytinqində gerilədi
ÖLKƏ FUTBOLU 5 May 2014 / 11:10 2217
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının yeni reytinq siyahısını açıqlayıb.

Qol.Az-ın məlumatına görə,  201 klubun yer aldığı siyahıda bu dəfə də ölkəmizi ancaq "Qarabağ" təmsil edib.

Ötən ayla müqayisədə Ağdam təmsilçisi yeddi pillə geriləyib. Hazırda 123 xalı olan "Qarabağ" 119-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya yenə də  “Bavariya” (354 xal) başçılıq edir. “Real” (Madrid) isə  337 xalla 2-ci pillədədir. "Land of fire Azerbaijan" formalı “Atletiko” isə xal hesabını 315-ə  çatdırıb. Bununla da Madrid təmsilçisi "Barselona"nı qabaqlayaraq 5-ci yerdən 3-cülüyə yüksəlib.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner