"Bakı" klubunun müdafiəçisi Şəhriyar Əliyev Qol.Az saytına müsahibəsində Azərbaycan Premyer Liqasının 33-cü turunda "Qarabağ"la qeydə alınan heç-heçədən (0:0), növbəti turda "Qəbələ" ilə keçiriləcək oyundan və milli komandamıza dəvət almasından danışıb.
- Qələbə bizə çox lazım idi. Meydana üç xal üçün çıxmışdıq. Ancaq zədəli oyunçularımızın çoxluğu bizə problem yaratdı. Bununla belə məğlub olmadıq. Çox ağır oyun oldu.
- Sanki komandanızda qələbə istəyi çatmırdı.
- "Qarabağ" qələbə qazanaraq çempionluğunu təmin etmək istəyirdi. Buna görə də ola bilsin ki, rəqib daha istəkli idi. Ancaq bizə də mütləq qələbə lazım idi ki, Avroqiya düşmək şansımızı çoxaldaq. Təəssüf ki, hücum xəttimizdə olan çatışmazlıqlar özünü göstərdi. Rauf Əliyev zədə səbəbindən oyunun sonlarında meydana çıxdı. Bu vaxt ərzində də qol vurmaq bizə müyəssər olmadı. Ancaq bu, o demək deyil ki, bizdə qələbə istəyi yox idi.
- "Qarabağ"ın baş məşqçisi və futbolçuları "Bakı"nın oyunu heç-heçəyə apardığını, vaxt uzatdığını deyib.
- Bu fikirlərlə razı deyiləm. Hətta qol da vurduq, ancaq hakim qeydə almadı. Videoyazıda həmin epizodun təkrarına dəfələrlə baxmışıq. Məncə, təmiz qolumuz qeydə alınmadı. "Qarabağ"ın güclü hücum xətti var. Bizdə isə oyunçu çatışmazlığı olduğundan təbii ki, ehtiyatlı oynamalı idik. Meydana hücumçusuz çıxmışdıq. Ancaq qələbədən başqa heç bir nəticə haqda düşünmürdük.
- Bu heç-heçə ilə komandanızın Avroliqa ümidlərini bir qədər də azaltdı. Bundan sonra çətin görüşlərinizin oluduğunu nəzərə alanda "Bakı"nın Avropaya düşmək şansını necə qiymətləndirirsən?
- Bəli, ardıcıl xal itkiləri işimizi çətinə salıb. "Qarabağ"a qalib gəlməklə şansımızı yaxşılaşdıra bilərdik. Düşünürəm ki, Avroliqaya vəsiqə qazanmaq hələ gec deyil. Bunun üçün növbəti turda "Qəbələ"yə qaib gəlməliyik. Başqa yolumuz yoxdur.
- "Qəbələ" son turlarda inamlı təsir bağışlayır. "Bakı" isə ardıcıl xal itkiləri üzləşir.
- Gördüyünüz kimi, "Qəbələ" son turda "Neftçi"yə qalib gəldi. Yaxşı komandadır, güclü futbolçulardan təşkil olunmuş kollektivə malikdir. Çətin səfər oyunu olsa da, məqsədimizə çatmaq üçün bizi yalnız qələbə qane edir. Həm də "Qəbələ" ilə turnir cədvəlində qonşu pillələrdə yerləşirik. Qalib gəlsək, xallarımız bərabər olacaq. Bundan sonra nəyəsə ümid etmək olar.
- Milli komandamızın baş məşqçisi Berti Foqts ABŞ-la keçiriləcək yoldaşlıq oyunu üçün sənə də dəvət göndərib. Xeyli vaxtdır ki, yaşıl meydanlarda uzaq düşmüsən. Yəqin belə bir vəziyyətdə Foqtsun dəvəti sənin üçün gözlənilməz oldu.
- Düzdü, uzun müddət oynamadım. Ancaq nəzərə almaq lazımdır ki, zədədən əziyyət çəkirdim. Buna qədər "Bakı"nın həyətində müntəzəm oyunlara çıxmışam. Bəli, mənim üçün də Foqtsun dəvəti gözlənilməz oldu. Ancaq bir gün şansımın olacağını bilirdim.
Ramiq AĞAMƏMMƏDOV
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video