"Qarabağ" klubunun qapıçısı Fərhad Vəliyev Qol.Az saytına müsahibəsində komandasının çempionluq şanslarını dəyərləndirib və yığmamıza dəvət olunmağından danışıb.
- Təcrübəli futbolçu kimi komandanın hazırkı durumu haqda fikirlərini bilmək istərdik. "Qarabağ" çempionluğa yaxındır. Ancaq son turlarda xal itkiləri ilə üzləşdiniz.
- Ümumi olaraq onu deyə bilərəm ki, komandamızda vəziyyət yaxşıdır. Həm oyun baxımından, həm də turnir cədvəlindəki yerimiz ürəyaçandır. Ən yaxın izləyicimizi 8 xal qabaqlayırıq ki, bu da az fərq deyil. Düzdü, son turlarda istədiyimiz nəticələri qazana bilmirik. Ancaq "Neftçi" ilə görüşdə qazandığımız bir xal da çempinluq yolunda bizə çox xeyir verəcək. Demək olar ki, bu mövsüm elə bir ciddi problemimiz olmayıb. Gələn turlarda da çalışacağıq ki, tezliklə çempionluğu təmin edək.
- Mövsüm sona yaxınlaşdıqca komandalarda psixoloji və fiziki yorğunluq yaranır. Bu sarıdan "Qarabağ"da vəziyyət necədir?
- Bizdə heç bir həyəcan yoxdur. Düzdü, bundan sonra ciddi rəqiblərlə qarşılaşacağıq. Ancaq nəzərə almaq lazımdır ki, öz oyun dəsti-xəttimiz var. Ənənəvi oyun üslubumuza sadiq qalsaq, çempionluğu əldə edəcəyik. Komandamızda heç bir narahatlıq yoxdur.
- Sabah Azərbaycan Premyer Liqasının növbəti turunda "Bakı" ilə qarşılaşacaqsınız.
- Bildiyiniz kimi "Bakı" ikinci dövrədə bizi məğlub edib. Neçə turdur ki, rəqibimiz qalib gələ bilmir. Çalışacaqlar ki, bu dəfə doğma meydanda bizə qalib gəlsinlər. Onlar da Avroliqaya vəsiqə qazanmaq üçün bütün güclərini ortaya qoyacaqlar. Səfərdən heç-heçə ilə qayıtsaq, qazanılan bir xal bizim üçün qızıla bərabər olar. Ancaq meydançaya qələbə üçün çıxacağıq. "Bakı"ya qalib gəlməklə növbəti turda "İnter"lə oyunda çempionluğu rəsmiləşdirə bilərik.
- Berti Foqts millimizin ABŞ-la keçirəcəyi yoldaşlıq oyunu üçün sənə də dəvət göndərib. Bu dəvəti gözləyirdin?
- Düzü, mənim üçün gözlənilməz oldu. Çünki qış fasiləsindən sonra "Qarabağ"ın heyətində heç bir oyunda iştirak etməmişəm. Bu baxımdan Foqtsdan dəvət gözləmirdim. Mənə güvəndikləri üçün millimizin məşqçi korpusuna təşəkkürümü bildirirəm. Öz növbəmdə çalışacam ki, təlim-məşq toplanışında özümü göstərim ki, komandamıza xeyirim dəysin.
- Qeyd etdiyin kimi uzun müddətdir "Qarabağ"da ehtiyatda qalırsan. Ancaq qış fasiləsindən əvvəl etibarlı oyununla seçilirdin, mövsümün ən uzun quru seriyası da sənə məxsusdur. Baş məşqçi ilə bu barədə söhbətin olub?
- Xeyr, xüsusi söhbətimiz olmayıb. Həmişə meydana çıxmağa hazıram. Məşqlərdə həvəslə çalışıram. Oynamasam da, hər zaman əsas qapıçı kimi formada oluram. Çünki, istənilən vaxt meydana çıxa bilərəm. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Lazım olanda yəqin ki, mənə də şans veriləcək.
Ramiq AĞAMƏMMƏDOV
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video