"Bakı" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov Qol.Az saytına müsahibəsində Azərbaycan Premyer Liqasının 33-cü turunda "Qarabağ"la keçiriləcək oyundan və komandasının Avroliqaya düşmək şanslarından danışıb, milli komandaya dəvət olunmmasına münasibət bildirib.
- Azərbaycan Premyer Liqasının növbəti turunda lider "Qarabağ"la qarşılaşacaqsınız. Oyunqabağı "Bakı"nın durumu necədir? Rəqibinizi necə qiymətləndirirsən?
- Hazırda hər iki komanda üçün 3 xal çox vacibdir. Buna görə də maraqlı və çox ağır oyun olacaq. İstədiyim odur ki, kim güclüdürsə, o qalib gəlsin. Son turda "Sumqayıt"la heç-heçə oynasaq da, komandamızda yaxşı ab-hava var. Hər şey qaydasındadır. Əsas odur ki, klub prezidenti bizə inanır. Əlimizdən gələni edəcəyik ki, həm "Qarabağ"la, həm də növbəti oyunlarda yaxşı nəticə qazanaq ki, Avroliqaya vəsiqə qazanaq. Bunu bacarmasaq belə, özümüzə dərd etməyəcəyik.
- "Bakı"nın son turlarda uğursuzluğa düçar olmasını necə izah etmək olar?
- Bunun əsas səbəblərindən biri odur ki, komandamızın futbolçularının yarısından çoxu zədəlidir. Ancaq bu da bəhanə olmamalıdır. Meydana çıxan futbolçu ən yaxşı oyununu ortaya qoysa, komanda çətinliklə üzləşməz. Hələ heç nə itirilməyib. Əvvəlki oyunları unutmaq lazımdır. Avroliqaya düşmək istəyiriksə, qarşıdan gələn 4 ağır oyunumuzu fikirləşməliyik. İnanıram ki, bu görüşlərdə yüksək nəticələr qazanaraq istəyimizə çata bilərik.
- Mövsümün əvvəllərində iddialı klublarımızdan sayılan "Bakı"nın medalçılar sırasına düşməyi çətin görünür. Avroliqaya vəsiqə qazanmaq da asan görünmür.
- Baş məşqçimiz Milinko Pantiç mətbuata açıqlamasında bildirib ki, qarşımıza Avroliqaya vəsiqə qazanmaq məqsədi qoyulmayıb. Ancaq mən belə düşünmürəm. Şəxsən mən yenidən avroliqada oynamağı çox istəyirəm. Bilirəm ki, bunu bütün komanda yoldaşlarım da arzulayır. Ancaq bu alınmasa, bizim üçün faciə sayılmamalıdır.
- Səncə, "Bakı" Avroliqada mübarizə aparmağa hazırdır?
- Əlbətttə, bunun üçün "Bakı"nın potensialı var. Son vaxtlar klubumuzda maliyyə problemi olsa da, inanıram ki, tezliklə hər şey qaydasına düşəcək. Bu, hər bir klubda baş verir. Maliyyə problemini özümüzə dərd etməməliyik. Klub prezidenti Hafiz Məmmədov heç vaxt xırda problemlərin böyüməsinə imkan verməyib. Ola bilər ki, hazırda bir qədər işləri çox olduğu üçün bu vəziyyət yaranıb. Biz bunları yox, Avroliqaya düşə bilməməyimzi özümüzə dərd etmliyik.
- Baş məşqçiniz Milinko Pantiç klubun saytına verdiyi bugünkü açıqlamasında "Bakı"nın avroliqada oynamağa hazır olmadığını deyib.
- Hər kəsin öz şəxsi fikri var. Məncə, Avropada oynamaq üçün bizdə hər şey var.
- Milli komandamızın baş məşqçisi Berti Foqts ABŞ-la keçiriləcək yoldaşlıq oyunu üçün dəvət göndərdiyi futbolçular arasında adın yoxdur. Onun qərarına münasibətin necədir?
- Foqtsun qərarına hörmətlə yanaşıram. Son aylarda zədədən əziyyət çəkirdim. Foqts özü mənimlə söhbət edib. Zədəm haqda ona məlumat verdim. Buna görə də milliyə dəvət almamağım başadüşüləndir. İnanıram ki, seçmə mərhələ oyunlarında yığmamızda olacam.
- Mövsümün sonuna az qalıb. Yerli klublarımızdan səninlə maraqlanan olub? "Neftçi" və "Qəbələ"nin sənə təklif göndərmək istədiyi deyilirdi.
- "Bakı" ilə müqaviləm olduğu üçün təkliflər mənim üçün maraqlı deyil. Ola bilər ki, hansısa klub xidmətimdə maraqlıdır. "Neftçi" və "Qəbələ"nin mənimlə maraqlanması xəbərini eşitmişəm. Ancaq təklif yoxdursa, bu haqda danışmağa dəyməz.
Ramiq AĞAMƏMMƏDOV
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video